Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

 

Toğrul Bayram oğlu Abbasov 1990-cı il, dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.

Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi: "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".

 

 

 

Əmrah Səyyab oğlu Abışov 1999-cu il noyabrın 17-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. 2006-cı ildə Akif Sultanov adına Kürdlər kənd məktəbinin 1-ci sinfinə daxil olub, 2017-ci ildə orta təhsilini uğurla başa vurub.Əmrah Abışov 2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. 2019-cu ilin ortalarında hərbi xidmətini başa vuraraq ordudan tərxis olunub. Ordu sıralarında nümunəvi əsgər kimi dəfələrlə tərifnamələrə layiq görülüb. Hərbi xidməti başa vurduqdan sonra komandirləri tərəfindən orduda qalıb xidməti davam etdirmək təklifi alan Əmrah MAXE kimi xidmət etməyə başlayıb.

 

 

 

 

Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində anadan olub. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. O, “N” saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət edib.Vətən müharibəsində şücaət göstərmiş, 30 oktyabr 2020-ci il tarixdə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlmişdir. Muğanlı kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra Naim Ağayev  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib.

 

 

 

 

Rövşən Fərrux oğlu Allahverdiyev 10 noyabr 1991-ci ildə Ağcabədi rayon Qaraxanlı kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib.
II Qarabağ müharibəsində canından çox sevdiyi vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb və Füzuli istiqamətində gedən döyüşdə ağır yararlanaraq şəhidlik zirvəsində ucalıb. Qaraxanlı kəndində torpağa tapşırılıb.
Azərbaycan Respubliukasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib. Ailəli idi.

 

 

 

 

Taryel Fəxrəddin oğlu Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.
27 sentyabr 2020-ci ildə döyüşlərə qatılır və 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı şəhadətə ucalıb. Minəxorlu kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib

 

 

 

 

.

Xəzər Azad oğlu Bayramov 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub.  “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edən Xəzər Bayramov 3 oktyabr 2020-ci ildə  Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Doğma kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Anar Eyvaz oğlu Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi  xidmət edib.
3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində gedən  döyüşlərin birində şəhid olub. Ağcabədi Şəhidlər xiyabanında dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilib. Ailəli idi. Vətənə əmanət 2 övladı var.

 

 

 

 

Dəyanət Ələsgər oğlu Əliyev 18 sentyabr 1982-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib. III dərəcəli “Qüsursuz xidmətə görə" və Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə 26 iyun 2013-cü ildə “Yubiley medalı” ilə təltif edilib.23 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi, 2 övladı var.

 

 

 

 

Mirağa Musa oğlu Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub.
Vətən müharibəsinin başladığı ilk gündən səfərbər olub, 29 sentyabr 2020-ci ildə Füzulinin uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Xocavənd kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif edilib.Evin tək oğlu və subay idi.

 

 

 

 

Əli Bayram oğlu Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olub.“N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib.Zəfər mübarizəmiz zamanı döyüşlərdə böyük şücaət göstərmiş və 11 oktyabr 2020 ci ildə şəhid olmuşdur. Doğma kəndində dəfn edilib.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən Uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"və"Cəsur döyüşçü" medalları ilə təltif olunub. Subay idi.

 

 

 

 

Murad Rüstəm oğlu Əsədov 15 dekabr 1999-cu ildə  Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub.Vətən müharibəsi zamanı Könüllü olaraq döyüşlərə qatılıb.9 oktyabr 2020-ci ildə Cəbrayılın “Dostluq bazarı” adlanan ərazisində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Doğulduğu kənddə dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrundə","Cəsur döyüşcü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

Fərid Yaşar oğlu Fərəcov 11 noyabr 1998- ci ildə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olub. Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşüb 15 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Muğanlı kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 

 

 

İntiqam Eynulla oğlu Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Vətən müharibəsi zamanı səfərbər olan minlərlə gəncimizdən olan İntiqam oktyabr ayının 13-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.Minəxorlu kəndində torpağa tapşırlıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

Həziyev Hafiz Varoğlu oğlu 23 oktaybr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olub.Könüllü olaraq döyüşlərə qatılıb.  6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində şəhadətə ucalmışdır.  Böyüyüb, boya başa çatdığı torpaqda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

Xəyal Feyruz oğlu Həziyev 20 dekabr 1987-ci ildə Ağcabədi şəhərində anadan olub. II Qarabağ müharibəsi zamanı igidliklər göstərib.15 oktyabr 2020-ci ildə  Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

Ceyhun Möhübbət oğlu Hüseynov  5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olub.“N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib Vətən müharibəsində fəal iştirak edən Ceyhun 16 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", Xocavəndin azad olunmasına görə"  və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

Hüseynov Mirəli Arif oğlu 15 oktyabr 1996-cı ildə  Ağcabədi şəhərində anadan olub. II Qarabağ müharibəsi zamanı döyüşlərin ilk  günündən cəbhəyə yollanıb. 28 oktyabr 2020-ci ildə  Füzuli uğrunda  gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ağcabədi şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Mirəli Hüseynov  "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi,Vətənə əmanət bir övladı var.

 

 

 

 

Əsgər Sahil Habil oğlu Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində şəhidlik zirvəsinə ucalıb.Xocavənd kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.Subay idi.

 

 

 

 

Fəryad Fərhad oğlu Xəlilov 1 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub.Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. 27 oktyabr 2020-ci il tarixdə Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

 

Təhmasib Hikmət oğlu Qarayev 18 may 1996-cı ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. 2017-ci ildən Xüsusi təyinatlı qüvvələdə xidmətə başlayıb. Vətən müharibəsinin fəal iştirakçısı olub. 22 oktyabr 2020-ci ildə Qırmızı bazar deyilən ərazidə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.Doğma kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, .“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 

 

 

 

 

Gülalı Aydın oğlu Qəhrəmanov 17 fevral 1986-cı ildə  Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.Minəxorlu kəndində torpağa tapşırlıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

 

Qəhrəmanov Məkan Mübariz oğlu 2 mart 1999-cu ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. “N” saylı hərbi hissədə  MAHHXHQ  kimi xidmət edib.
12 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.Minəxorlu kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə"  medallar ilə təltif edilib. Subay idi

 

 

 

 

Həsən Adışirin oğlu Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib. 3 noyabr 2020-ci ildə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.Sarvanlar kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə" və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ailəli idi, 2 övladı var.

 

 

 

 

 

Məhəbbət Arzu oğlu Quliyev 17 noyabr 1993-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidov ilə bir yerdə vuruşub. 5 noyabr 2020-ci ildə  Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

Nurlan Şükür oğlu Quliyev 4  dekabr 1995-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Quliyev Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.1 noyabr 2020-ci ildə  Şuşa uğrunda gedən  döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.Qaraxanlı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

Əmrah Qaraş oğlu Mamedov 20 may 1998-ci ildə Ağcabədi rayonunun Poladlı kəndində anadan olub.  O, “N” saylı hərbi hissədə MAHHXHQ kiçik çavuş kimi xidmət edib.
Əmrah Mamedov  Suqovuşan uğrunda gedən gərin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Poladlı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medallar ilə təltif edilib. Subay idi.

 

 

 

 

Məmmədov Ceyhun Qafar oğlu Agcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 25 oktyabr 2020-ci ildə  Füzuli rayon istiqamətində şəhid olub. Doğma kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra  ”Vətən uğrunda”,  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Subay idi.

 

 

 

 

Cəmaləddin Türbəndə oğlu Məmmədov 1988-ci ildə  Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. Kiçik çavuş olan Cəmaləddin Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Ağcabədi Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib. Ailəli idi. 2 övladı var.

 

 

 

 

Məmmədov Məhəmməd Abbas oğlu 13 noyabr 1998-ci il Ağcabədi rayonunda anadan olub.  29 sentyabr 2020-ci ildə könüllü olaraq döyüşlərə qatılıb. Ağcabədi Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə  təltif edilib. Subay idi.

 

 

 

 

Sahil Ədalət oğlu Məmmədov 12 iyul 1996-cı ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. “N” saylı hərbi hissədə  MAHHXHQ  olaraq xidmət edib. 5 il MAXE olaraq çalışan Sahil "Kəşfiyyat" qrupuna yazılıb.Gizir Sahil Məmmədov 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Ağcabədidə Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Subay idi.

 

 

 

 

Samir Sabir oğlu Mikayıllı 1 yanvar 1993-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.  (Azərbaycan Silahlı Qüvvələrinin kapitanı)
2008-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2010-2014-cü illərdə T. C. Kara Harp Oкulunda ali hərbi təhsil alıb. Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsi zamanı növbədənkənar “baş leytenant"  hərbi rütbəsi verilib. Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 17 oktyabr 2020-ci ildə döyüşlərə qatılıb. 9 noyabr 2020-ci ildə  Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunub.  Nişanlı  idi.

 

 

 

 

Miriyev Sənan Arif oğlu 1 mart 1998-ci ildə  Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. “N” saylı hərbi hssədə  MAHHXHQ kimi xidmət edib.27 sentyabr 2020-ci il tarixində Talış və Suqovuşanın azadlığı  uğrunda döyüşlər zamanı şəhid olub.
.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.  Subay idi.

 

 

 

 

Mustafazadə Ceyhun Şükür oğlu 27 yanvar 1997-ci ildə   Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2020-ci ilin yanvar ayında  MAHHXHQ kimi xidmətə başlayıb. Xidmətini Kəşfiyyatçı kimi davam etdirib. Sarıcalı kəndində dəfn olunub.
10  Oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

Elsevər Mahir oğlu Piriyev 12 iyun 1995-ci ildə  Ağcabədi rayonunun Arazbar kəndində anadan olub.  (Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu)
“N” saylı hərbi hissədə MAHHXHQ kimi  xidmət edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu 16 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Arasbar kəndində dəfn olunub.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə”,  "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi. 2 övladı var.

 

 

 

 

Ömər Rəşad oğlu Rəhimli 1 fevral 2002-ci ildə  Hindarx qəsəbəsində anadan olub. 
Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb. 8 noyabr 2020-ci ildə  Şuşa döyüşləri zamanı ağır yaralanıb və noyabrın 22-də Bakı şəhərində Hərbi Hospitalda dünyasın dəyişib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

 

 

 

 

Tariyel Allahverdi oğlu Salmanov 7fevral 1988-ci ildə  Ağcabədinin Kəhrizli kəndində anadan olub. 2011-ci ilin  oktyabr ayından 2013-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində hərbi xidmətini tamamlayaraq tibb xidməti leytenantı rütbəsi alıb. Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
29 sentyabr 2020-ci ildə hərbi həkim kimi  döyüşlərə qatılıb. 8 oktyabr 2020-ci ildə  Cəbrayıl  uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Kəhrizli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, bir övladı var.

 

 

 

 

Həsən İsmayıl oğlu Süleymanov 8 avqust 1991-ci ildə Ağcabədidə dünyaya göz açıb. Vətən müharibəsi başlayandan bir neçə gün sonra 29 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb. 26 oktyabr 2020-ci ildə  Qubadlı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə "Vətən uğrunda”, Cəsur döyüşçü", Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə  ilə təltif olunub.  Ailəli idi. Vətənə əmanət 2 övladı var.

 

 

 

 

Vüsal Zahir oğlu Şükürov 14 noyabr 1995-ci ildə Ağcabədi rayonunun Şahmallar kəndində anadan olub.
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.Xocavənd uğrunda gedən  döyüşlər zamanı şəhid olub. Ağcabədi Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, " Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

 

 

 

 

Şirnalı Aqil oğlu Talıbov 16 sentyabr 1997-ci ildə Nəcəfqulubəyli kəndində anadan olub.   Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. 22 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Nəcəfqulubəyli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  ölümündən sonra “Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 

 

 

Azad Azər oğlu Tapdıqov 1 fevral  1997 - ci ildə Ağcabədi rayonu Yuxarı Avşar kəndində anadan olub. Vətən müharibəsi iştirakçısı olan Azad oktyabrın 9-da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Avşar kəndində ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən Uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 

 

 

Azər Dilafət oğlu Əliyev 1 noyabr 1997-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində anadan olub. Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 yanvar 2021-ci il tarixdə Yuxarı Qiyamadınlı kəndində dəfn olunmuşdur. Ailəli idi, 2 övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən Uğrunda", " Xocavəndin azad olunmasına görə ", "Ağdamın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

 

 

 

Fərid Dilafət oğlu İskəndərov 11 avqust  2006-cı il tarixdə Ağcabədi rayonunun Taynaq kəndinə anadan olub. Taynaq kənd tam orta məktəbinin IX sinif şagirdi Fərid II Qarabağ muharibəsində dinc mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin 4 oktyabr 2020-ci il tarixdə Taynaq kəndini atəşə tutması nəticəsində şəhid olub, Doğulduğu kənddə dəfn edilib.

Keçidlər