Şriftin ölçüsü :

Saytın rəngi :

Məktublar

12 oktyabr 2021, 13:32
Tünzalə Yusibovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin oktyabrın 9-da işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəriniz və oradakı çıxışınız, Hadrutda yeni məscid binasının təməlini qoymağınız bir daha Sizin Türk dünyasının tarixində əbədi yaşayacağınıza zəmanət verdi.

Xocavənd rayonunun tanınmış simaları ilə görüşünüz, onlarla birlikdə xatirə şəkli çəkdirməyiniz Sizin böyük səmimiyyətinizin göstəricisidir. Hadrut qəsəbəsindən sonra Tuğ kəndinin ermənilər tərəfindən dağıdılmış yerlərinə baxmağınız, demək olar ki, hər bir bina haqqında məlumatlı olmağınız Sizin həqiqətən ulu öndər Heydər Əliyevin davamçısı olmağınızı göstərdi.

Qarabağ Azərbaycandır!

Siz bizim üçün ölməz bir Sərkərdəsiniz!

Hörmətlə,

Yusibova Tünzalə Şəfahət qızı

Xocavənd rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

12 oktyabr 2021, 14:13
Minəvvər İbrahimovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident,

Sizin Xocavənd rayonunun Hadrut qəsəbəsində bir sıra bərpa və yenidənqurma tədbirlərində iştirakınız, o cümlədən yeni məscidin təməlini qoymağınız, Tuğ kəndinə səfəriniz, qəsəbənin işğaldan azad edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüz bizi olduqca sevindirdi və fərəhləndirdi. Siz bizim 30 illik torpaq həsrətimizə son qoydunuz. Sizə dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, Siz çıxışınızda qeyd etdiniz ki, artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır. Çox qısa müddətdə gördüyünüz böyük işlərlə həqiqətən bu dövrün başlanmasının şahidi oluruq. Bu işlər Sizin möhkəm əzminizi, qətiyyətinizi, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirir. Əminik ki, həyata keçirilən yenidənqurma tədbirləri tezliklə başa çatacaq və biz doğma torpaqlarımıza qayıdacağıq. Bizə yaşatdığınız bu xoşbəxt anlara görə çox sağ olun, cənab Prezident.

Sizə uzun ömür, cansağlığı arzu edirik.

Hörmətlə,

İbrahimova Minəvvər Bilal qızı,

Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

12 oktyabr 2021, 15:14
Sürəyya Məmmədovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Siz 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımızı mənfur düşmənin işğalından azad etməklə bizə elə böyük xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etməklə bizə növbəti dəfə sevincli və qürurlu anlar yaşatdınız. Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etməyiniz bizim üçün xüsusi önəm kəsb edən hadisədir. Siz bizi ən böyük arzumuza qovuşdurdunuz. Allah Sizdən razı olsun.

Möhtərəm Prezident, Qarabağımız işğaldan azad ediləndən dərhal sonra orada bərpa və yenidənqurma işlərinin başlanılması ilə bağlı tapşırıqlarınız, bu işlərə bilavasitə nəzarət etməyiniz, tədbirlərdə şəxsən iştirakınız doğma yurd-yuvamıza tezliklə qayıdacağımıza olan inamımızı daha da möhkənləndirdi. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik. Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Məmmədova Sürəyya Hüseyn qızı,

Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

11 oktyabr 2021, 11:02
Rəna Muradovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni "Əməkdar müəllim" fəxri adı ilə təltif etdiyinizə görə Sizə fəxarət, sevinc hissi ilə böyük ehtiramımı və dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıram.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Siz müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirərək, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə inteqrasiya etməsi üçün xalqını, dövlətini sevən bir rəhbər kimi hamımızın qəlbində əbədi yer tutmusunuz. Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi və xalqımız tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı. Qazandığımız şanlı Zəfər, möhtəşəm Qələbə Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlərin, xalq-dövlət-ordu birliyinin təntənəli nəticəsidir. Məhz bu vəhdət nəticəsində hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!" sözləri altında səfərbər olmağı bacardı və erməni vandallarından torpaqlarımızı azad etməklə Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Hörmətli cənab Prezident, müəllimlik peşəsini yüksək qiymətləndirərək məni təltif etdiyiniz üçün Sizə bir daha öz adımdan və ailə üzvlərimin adından dərin minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın xoş gələcəyi naminə apardığınız ardıcıl, məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Ulu Tanrı Sizi qorusun.

Böyük hörmət və ehtiramla,

Rəna Muradova

“Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmiş ingilis dili müəllimi

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

02 iyun 2021

Zamiq Abbasovdan, Ağcabədi, Azərbaycan

Cənab Prezident,

Siz və ailə üzvləriniz başda olmaqla Azərbaycan xalqına sağlam ömür , daim mənalı həyat arzulayıram.

Mən ailəliyəm, 2 qız övladım var. Şükür Allaha, əmin-amanlığın hökm sürdüyü ölkəmdə sərbəst yaşayıram, işləyirəm, ailəmi ürəyim istəyən kimi saxlayıram.

1990-cı illəri görən insanlardan biriyəm. Azərbaycan xalqı hamımızın babası, rəhmətlik Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra xoş gün görüb. Ulu Öndərimiz o çətin dövrdə, ordunun pərən-pərən olduğu bir vaxtda atəşkəsə nail oldu, müharibəni dayandırdı. Siz isə bu illər ərzində məqsədyönlü işlər görərək, güc-qüvvə toplayaraq, ordumuzu möhkəmləndirərək torpaqlarımızı işğaldan azad etdiniz.

Mənim, ailəmin və ümumilikdə xalqımızın daim firavan yaşaması üçün Allahdan tək istəyim odur ki, Sizi bu ölkənin başı üzərindən əskik etməsin. Xalqa göstərdiyiniz diqqət və qayğıya görə sizə və Mehriban xanıma ailəmiz adından minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Abbasov Zamiq Xaqani oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

 

02 iyun 2021

Mehman Məmmədovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bütün Azərbaycan xalqı, o cümlədən Ağcabədi rayonunun Qaradolaq kəndinin sakinləri Sizinlə qürur duyur.

Sizin kimi adil, qətiyyətli Prezidentimiz olduğu üçün hər gün Allaha şükür edirik. Əminik ki, Sizinlə Azərbaycanı daha gözəl, bəxtiyar günlər gözləyir.

Sizə rəğbətim, sevgim sonsuzdur. 100 yaşayın, mənim əziz Prezidentim.

Hörmətlə,

Məmmədov Mehman Oqtay oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaradolaq kəndi

 

 

16 yanvar 2021

Tacir Aslanovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,

Sizə şəxsən öz səmimi minnətdarlığımı bildirmək istərdim. Allah Sizin kimi igid, cəsur, xalqını sevən Prezidenti başımızın üstündən əskik etməsin. Bu gün 10 milyon insanın ürəyi Sizinlə döyünür, Müzəffər Ali Baş Komandan. Allah Sizi bizə çox görməsin. Xalqımız Sizinlədir. Azərbaycanın yenilməz sərkərdəsi cənab İlham Əliyevə eşq olsun!

Mən bir laçınlı olaraq, ürəyində, damarlarında azərbaycanlı qanı axan Azərbaycan vətəndaşı kimi Sizinlə qürur duyuram. Fəxr edirəm ki, biz azərbaycanlıların belə məğlubedilməz, yenilməz Prezidenti var. Çünki Siz bizə Laçınımızı bəxş etdiniz, 30 il həsrətində olduğumuz torpaqlarımızı geri qaytardınız. Şəhidlərimizin, general Polad Həşimovun qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Azərbaycanı bütün dünyada qüdrətli və güclü bir dövlət kimi tanıtdığınız üçün Sizə, cənab Prezident, bir daha təşəkkür edirəm. Sevincimizin həddi-hüdudu yoxdur.

Yaşasın Prezidentimiz İlham Əliyev! Var olsun Azərbaycan!

Hörmətlə,

Aslanov Tacir Vaqif oğlu, şagird.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəli kəndi.

 

 

 

15 yanvar 2021

Nəsimi Ələkbərov və başqalarından, Ağcabədi, Azərbaycan
Müzəffər Ali Baş Komandan,

Bir qrup kənd sakini adından yazaraq Allahdan Sizin daim qüdrətli, şanlı və şöhrətli olmağınızı diləyirik. Azərbaycanımız böyük dövlətlərə həmişə nümunə olsun, İnşallah.

Müzəffər Ali Baş Komandanımız, bizim bir arzumuz var: istəyirik ki, ulu öndərimiz Heydər Əliyevin abidəsi Şuşa şəhərinin mərkəzində ucaldılsın. Siz onun vəsiyyətini yerinə yetirməklə xəyallarımızı yuxulardan gerçəkliyə çevirdiniz.

Sizə dövlətimizin inkişafı naminə qarşıdakı çətin işinizdə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Ələkbərov Nəsimi,

Xəlilova Zəminə,

Ələkbərova Həmidə,

Ələkbərov Vaqif,

Əliyev Vasif,

Ələkbərov Vidadi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.

 

 

 

04 yanvar 2021

Xədicə Məmmədovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm, cənab Prezident!

İlk öncə Sizi və xalqımızı qazandığımız şanlı qələbə münasibətilə təbrik edirəm. Mən bir məktəbli olaraq sizi həmişə dəstəkləyirəm. Biz bu qələbəni Sizin rəhbərliyiniz və ordumuzun güclü iradəsi ilə qazanmışıq. Uca Tanrı həmişə Sizi qorusun. Yaxşı ki, varsınız. Yaxşı ki, Prezidentimizsiniz. Sizinlə fəxr edirik.

Hörmətlə,

Məmmədova Xədicə,

E.İsmayılov adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

 

27 dekabr 2020

Adil Əhmədovdan, Ağcabədi, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən bir azərbaycanlı olaraq Sizi bu misli görünməmiş, şanlı qələbələr münasibətilə ailəm adından təbrik edirəm. Sizin və şanlı Ordumuzun şücaəti, igidliyi, cəsarəti qarşısında baş əyirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Hörmətli Prezident! Siz dünya hərb tarixində şanlı Azərbaycan tarixini qızıl hərflərlə yazdınız. Siz verdiyiniz sözə sadiq olaraq, hər bir azərbaycanlının Prezidenti oldunuz. Bu liderlik qabiliyyətinizlə Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiniz. “Dəmir yumruq”, belə də olmalı idi. Çünki Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, İlhama özüm qədər inanıram. Siz o, inamı şərəflə doğrultdunuz. Siz dünyada ən xoşbəxt dövlət başçısısınız.

Hörmətlə,

Əhmədov Adil Mirzə oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Poladlı kəndi.

 

 

16 dekabr 2020

Cavanşir Hüseynovdan, Ağcabədi, Azərbaycan
Cənab Müzəffər Ali Baş Komandan.

Siz Azərbaycan xalqının üzərindən "qara ləkə"ni götürdünüz. Cəmi 44 günə haqq-ədalət savaşında Qələbə qazandınız. Buna görə bütün ailə üzvlərimin adından dərin təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, Sizə "Marşal" hərbi rütbəsinin verilməsini, həmçinin seçkilərin ləğv edilərək ömürlük Prezidentimiz olmağınızı istəyirik. Sizinlə fəxr edirik.

Hörmətlə,

Hüseynov Cavanşir İsrəfil oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.

 

 

16 dekabr 2020

Səma İsmayılovadan, Ağcabədi, Azərbaycan
Çox hörmətli cənab Prezident, bütün gənclərin idealı, fəxri, qürur mənbəyi.

Biz Sizinlə fəxr edirik, nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz.

Məktəbdə təhsil aldığım vaxtlarda tarix dərsliklərində haqqında oxuduğum hökmdarlara və sərkərdələrə pərəstiş edirdim. Ancaq Si, Vətən müharibəsi dövründə atdığınız addımlarla və etdiyiniz cəsarətli çıxışlarınızla onları kölgədə qoydunuz.

Cənab Prezident, Sizi Qələbə münasibətilə təbrik edirəm. Bizə Qələbə çox yaraşır. Hər zaman var olasınız. Bütün xalqımız Sizin "dəmir yumruğunuz" altında birləşib. Allah birliyimizi pozmasın. Sizinlə birlikdə daim zirvələrə doğru! Sizi çox sevirəm, cənab Prezident.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsmayılova Səma Cümşüd qızı.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

14 dekabr 2020

Aslan Hüseynovdan, Ağcabədi, Azərbaycan
Cənab Müzəffər Ali Baş Komandan.

Qarabağın işğal altındakı ərazilərini azad etdiyinizə görə bir qarabağlı olaraq Sizə minnətdarlığımı bildirirəm. İstərdim ki, bir igid sərkərdə kimi Sizin abidəniz Qarabağın ən yüksək zirvəsində ucaldılsın.

Bir ziyalı olaraq Sizinlə qürur duyur və fəxr edirəm.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hüseynov Aslan Hüseyn oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

12 dekabr 2020

Rey Quliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident!

Sizin sayənizdə Azərbaycan Ordusu Ermənistan üzərində Qələbə qazandı, Qarabağımızı düşməndən azad edərək özümüzə qaytardı. Mən 9-cu sinif şagirdiyəm. Şuşa şəhərinin gözəl təbiəti haqqında çox eşitmişəm. Yəqin ki, yaxın zamanlarda Şuşa səması günəş kimi parlayaraq məktəblilərin ekskursiya mərkəzinə çevriləcək. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın başqa məktəbliləri kimi, Qarabağın tacı olan Şuşa şəhərini yaxından tanımaq mənə də nəsib olacaq.

Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Quliyev Rey, şagird.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

11 dekabr 2020

Natiq Əlişovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Qarabağlılar adından Vətən müharibəmizdə şanlı qələbəmiz, Zəfər Günümüz münasibətilə ürəkdən təbrik edirəm. Uğurlu daxili və xarici siyasətiniz sayəsində qüdrətli Ordumuz tərəfindən torpaqlarımızın işğalçılardan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Əldə olunan uğurlar güclü siyasi iradə və xalq-iqtidar birliyinin nəticəsidir. Biz öz Prezidentimizlə, onun Ali Baş Komandanı olduğu Ordumuzla fəxr edirik. Azərbaycan xalqı əbədi olaraq bir yumruq kimi birləşməklə əmr və göstərişlərinizə daim hazırdır. Tutduğunuz bu haqq yolunda Sizə Allahdan böyük uğurlar diləyirəm. Azərbaycan xalqı həmişə Sizinlədir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Əlişov Natiq İbrahim oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

23 noyabr 2020

Gülnar Quliyevadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,

Böyük siyasi Lider, Sizi Qələbə günü münasibətilə təbrik edirəm. Bir hərbçi ailəsi və qəlbi Vətən həsrəti ilə döyünən müəllim olaraq qazandığınız zəfərlərə görə Sizə nə qədər minnətdar olsam azdır. Kaş ki, Sizi bircə dəfə görüb, bağrıma basıb təşəkkür etmək şansım olsaydı. Allah Sizi qorusun.

Əminəm ki, atanız sağ olsaydı, etdiyi vəsiyyətə sadiq bir övlad, əvəzolunmaz ölkə başçısı, vətənpərvər bir oğul kimi Sizin şəxsiyyətinizlə qürur duyardı. Allah qarşıdakı bütün işlərinizdə Sizə yardımçı olsun! Amin!

Hörmətlə,

Quliyeva Gülnar Gülağa qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taynaq kəndi.

 

 

21 noyabr 2020

Arif İsmayılovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident!

İşğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən düşməndən təmizləndi. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinizə və torpaqlarımızı erməni işğalından azad etdiyinizə görə Sizi səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram!

Hörmətlə,

İsmayılov Arif Bayram oğlu, Yeni Qaradolaq kənd bələdiyyəsinin sədri,

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi.

 

 

18 noyabr 2020

Səadət Kazımovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Azərbaycan xalqına böyük Qələbə sevinci yaşatdığınız üçün 1 saylı tam orta məktəbin bütün kollektivinin adından və öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Azərbaycanın şanlı Qələbəsi üçün Siz Ulu Öndərin siyasi yolunu davam etdirməklə Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətini, dünya arenasında siyasi hörmətini artıraraq Azərbaycanın gücünü xain düşmənə və havadarlarına göstərdiniz. Siz Azərbaycan xalqının və dövlətinin tükənməz qüvvəsi, sönməz Günəşisiniz. Allah Sizi qorusun!

Hörmətlə,

Səadət Kazımova

1 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

08 noyabr 2020

Səbuhi Niyazovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

1988-ci ildən başlayaraq erməni terrorçuları Vətənimizə, xalqımıza qarşı vəhşicəsinə işğalçılıq siyasətinə başlamaqla, Azərbaycanımızın gözəl guşələrindən olan Qarabağ torpaqlarını zəbt etdilər. Həmin vaxtlar, yəni birinci Qarabağ müharibəsində mən də könüllü olaraq cəhbəyə yollandım. Vətənimə olan borcumu canımla-qanımla verməyə hazır idim. Ölkəmizdə hakimiyyət səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizə qədəri bu alçaqlar tərəfindən işğal olundu. Xocalı soyqırımı, qanlı 20 Yanvar qırğını və başqa haqsızlıqlar millətimizi ayağa qaldırdı. Bu qanlı müharibədə şərəfsiz erməni terrorçuları tərəfindən atılan güllə atəşlərindən mən də baş və bədənimin müxtəlif nahiyyələrindən ağır yaralandım, görmə qabiliyyətini itirdim. İndiyədək torpaqlarımızın həsrəti ilə yaşayıram. Azərbaycanımızın o ağır günlərində Allah bizə Ulu Öndərimizi qismət elədi. Ulu Öndərimizin müdrik siyasəti nəticəsində Azərbaycanımız tam müstəqil bir dövlət kimi bütün dünyada tanındı. Allaha çox şükürlər olsun ki, Heydər Babamız Sizin kimi qeyrətli və vətənpərvər bir oğulu bizə bəxş elədi. Siz bilin və tam əmin olun ki, bütün xalqımız Sizinlədir və həmişə də Sizi dəstəkləyəcəkdir. Sizin Ali Baş Komandanlığınız altında qəhrəman oğullarımızın igidlikləri sayəsində xalqımızın tökülən qanı yerdə qalmadı, şəhidlərimizin ruhu rahatlaşdı, Azərbaycanımızın namusu və qeyrəti təmizləndi. Atanızın çəkdiyi zəhmət, ananızın südü Sizə halal olsun.

Cənab Prezident, Allah həmişə Sizi var etsin. Bütün Azərbaycan xalqı Sizinlədir. Qarabağ Azərbaycandır! Biz birlikdə erməni şərəfsizlərini axıradək iti qovan kimi qovacağıq. Sizin sayənizdə Azərbaycan dövləti öz qüdrəti ilə, öz gözü ilə, öz ordusu ilə tarixə böyük bir imza atdı. İnşallah, bütün torpaqlarımızın işğaldan azad olunması xəbərini, tam Qələbə xəbərini Sizdən və Ordumuzdan tezliklə çox böyük bir sevinclə gözləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Cənab Prezident, Allah Azərbaycan xalqını və şəxsən Sizi - Ali Baş Komandanımızı, xalqımıza həmişə mənəvi dəstək olan türk qardaşlarımızı, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı qorusun.

Birinci qrup Qarabağ müharibəsi əlili olsam da, qəhrəman oğullarımız kimi torpaqlarımızın azadlığı uğrunda canımı belə qurban verməyə hazıram. Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Hörmətlə,

Səbuhi Niyazov

Ağdam rayonundan məcburi köçkün, I qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

08 noyabr 2020

Rza Quliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli və əziz Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı.

Rəşadətli Ordumuzun uğurlu əks-hücumları nəticəsində 30 il düşmən işğalında inləyən qədim, tarixi, əzəli torpaqlarımızın azad edilməsi ölkəmizin bütün vətəndaşları kimi Ağcabədi regional mədəniyyət idarəsinin işçilərini də ürəkdən sevindirir. Regional idarəmizdə Ağcabədi ilə yanaşı, Ağdam və Laçın Mədəniyyət İdarələrinin əməkdaşları da çalışır. Məcburi köçkün olan həmin əməkdaşların sevinci ikiqatdır.

Sizin yorulmaz və uğurlu rəhbərliyiniz nəticəsində böyük iqtisadi yüksəlişə, qüdrətli orduya və beynəlxalq aləmdə möhkəm siyasi dəstəyə sahib olan Azərbaycan işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına , dövlət sərhədlərimizin tam bərpa edilməsinə və nəhayət, ölkəmizdə möhkəm sülhün yaranacağına qəti əminliyimizi bildiririk.

Siz bu gün bütün dünya dövlətlərinə və xalqlarına sübut etdiniz ki, Azərbaycan xalqı öz dövlətinin, ordusunun, Ali Baş Komandanın, igid əsgər və zabitlərinin yanındadır. Bu birlik, bu vəhdət, bu mütəşəkkilik Sizin müdrik və uğurlu fəaliyyətinizin, dövlətimizin milli maraqlarını cəsarətlə müdafiə etməyinizin bariz nəticəsidir.

Qadir Allah Azərbaycan Respublikasına, onun müzəffər silahlı qüvvələrinə və bizim sevimli, Qarabağımızın xilaskarı olan Prezidentimizə yar və yardımçı olsun.

Allah Sizi qorusun! Qəhrəman, xilaskar Ali Baş Komandanımıza, ömürlük Liderimizə eşq olsun!

Hörmətlə,

Ağcabədi, Ağdam və Laçın rayonlarının mədəniyyət işçiləri adından

Rza Quliyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

07 noyabr 2020

Roza Mamedovadan, Ağcabədi, Azərbaycan
Əziz Prezidentim.

İlk öncə bizə bu qürurlu Qələbə sevincini yaşatdığınız üçün ailəm və öz adımdan Sizə dərin təşəkkürlərimi bildirirəm. Bu gün böyükdən kiçiyə bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Bütün çıxışlarınızı, müsahibələrinizi doğmalarımızla birgə qürurla izləyirik. Savadlı, dəqiq cavablarınız qarşısında xarici jurnalistlərin acizliyi göz qabağındadır. Bütün dünyaya bəllidir ki, Qarabağ qədim Azərbaycan torpağıdır. Biz tarixi ədaləti bərpa edəcəyik, buna inanırıq. Heç kim bizim əzmimizi qıra bilməyəcək.

Cənab Prezidentim, biz Azərbaycan xalqı daim Sizin və Şanlı Ordumuzun yanındayıq. Allah yar və yardımçınız olsun. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Roza Mamedova

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

05 noyabr 2020

İlham Mənsimovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Mən 15 sentyabr 1984-cü ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuşam. 2002-ci ildə hərbi xidmətə çağrılmışam. N saylı hərbi hissədə atıcı-snayper olmuşam.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə könüllü olaraq qoşulmağa hazıram. Mən də torpaqlarımızın azadlığı uğrunda döyüşmək istəyirəm. İstəyirəm ki, bir gənc olaraq əlimə silah alıb düşmənlərə qarşı döyüşəm, torpaqlarımızı mənfur ermənilərdən təmizləyək.

Cənab Prezident, bu haqq yolunda Sizə və Ordumuza uğurlar arzulayıram.

Hörmətlə,

İlham Mənsimov

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Minəxorlu kəndi.

 

 

03 noyabr 2020

Eldar Əhmədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

30 illik işğala son qoyulduqca ekoloji terrora da son qoyulur. İnşallah, tezliklə bu terrorun ağır nəticələrini aradan qaldırmağa başlayacağıq. Hər bir azərbaycanlı, yüz minlərlə mütəxəssis bu işlərə böyük duyğu, yüksək ruh yüksəkliyi ilə qoşulacaq. Hələ 1985-ci ildə əzbərlədiyim şeir parçası bu barədə keçirdiyim duyğu dolu düçüncələrimi ifadə edir.

Dünyamızın çoxalır

Min-min nurlu yolları

Su yolları-torpağın

Bol bəhrəsi, bol varı,

Calandıqca yollara,

Bu gündən gedən yollar,

Sabahkı yollarımız,

Daha da nurlu olar

Bərkdən-boşdan çıxarsa,

İnsan-insan deməkdir

İnsana gərək olsa,

İnsan-insan deməkdir

İnsan sınaq deməkdir

İnsan həyatın özü

İnsan dünya deməkdir

Dünənlərin bu günü,

Bu günlərin sabahı

Sabahların idrakı

Kainatın sabahı

Sabah qayğılarıdır

Sabahları yaradan

Sabahlar sabahıdır

Sabahları ucaldan!

Mən 30 il meliorasiya sahəsində çalışmışam. Bu sahəyə aid 7 kitabın müəllifiyəm. Torpaqlarımız işğaldan azad olunduqdan sonra orada, xüsusın Suqovuşanda işləmək, bütün bilik təcrübəmi ölkəmizin işıqlı sabahına sərf etmək istəyirəm. Hazırda Moskvada yaşayan, yaradıcı insan olsa da yol infrastrukturu, yaşıllaşdırma sahəsində böyük təcrübəsi olan qardaşım Adil Əhmədov da öz bilik və təcrübəsini Ağdərə, Zəngilan, Cəbrayıldakı bərpa işlərinə sərf etmək istəyir.

Qarabağ bizim Vətənimizin bir parçası, nur parçasıdır. Dağlarımızın zümrüd tacı olan Şuşanı yağı əlimizdən alsa da sinəmizi dağıdan bu dərd tezliklə bitəcək. Kəlbəçər, Laçın, Ağdam, Xankəndi də Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli kimi azad nəfəs alar.

Sizin qətiyyətiniz hamımızı zirvələrə səsləyir, həsrətimizi bitirir.

Prezidentim, sənsən bu gün heyrətim,

Sənə göz tikibdir xalqım, millətim,

Al torpağı, qoy düşmənə ar olsun,

El-obamız, Vətənimiz var olsun!

Hörmətlə,

Eldar Əhmədov

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

03 noyabr 2020

Rövşən Əsədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizi və Birinci vitse-prezidentimiz Mehriban xanımı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qisasının alınması münasibətilə Sizin və Ordumuzun şücaəti qarşısında baş əyirəm.

Müzəffər Ali Baş Komandan, hər an Sizin əmrinizi gözləyirəm. Vətən torpaqları uğrunda canımdan və qanımdan belə keçməyə hazıram.

Cənab Prezident, Sizə əhsən, Sizə afərin,

Şücaətinizlə qisası alındı şəhidlərin.

Azad oldu torpaqlar, azad oldu Xudafərin,

Dizləri yerə vuruldu, mənəm-mənəm deyənlərin.

Nə daxildə, nə xaricdə yoxdur tayın-bərabərin.

Peyğəmbərlər, imamlar sırasında oldu yerin.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rövşən Əsədov

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kürdlər kəndi.

 

 

02 noyabr 2020

Sitarə Allahverdiyevadan, Ağcabədi, Azərbaycan
Müzəffər Ali Baş Komandan.

Mən Ağcabədi Pedaqoji Kollecinin 2-ci kurs tələbəsiyəm. Sizi və Azərbaycan Ordusunu salamlayır və Sizlərlə qürur duyduğumu bildirirəm.

Həyəcanlı olsa da gözəl hisslər keçirirəm. Çünki bizi qabaqda gözəl günlər gözləyir. Sevinc hisslərimi necə ifadə edəcəyimi də bilmirəm.

Biz hər gün Sizdən yeni xoş xəbərlər alırıq. Nə xoş Azərbaycan xalqının halına ki, Sizin kimi Lideri var.

Mənim dayım da hərbçidir. Hazırda döyüşlərdə iştirak edir. Biz hər gün ön cəbhədə olan əsgərlərimizə dualar edirik.

Dualarımız Sizinlədir şanlı Azərbaycan Ordusu!

Çox az zamanda Qələbə sevincini yaşayacağımıza, zəfər çalacağımıza əminik. Qələbə bizimlədir Azərbaycan Ordusu! Gücümüz birliyimizdir.

Allah Azərbaycan xalqını, Azərbaycan Ordusunu Qorusun!

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Hörmətlə,

Sitarə Allahverdiyeva

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 noyabr 2020

Avşar Eyvazdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Müstəqilliyimizin ilk illərində itirilən torpaqlarımızı geri qaytarıldıqca dərdimiz fərəhə, kədərimiz sevincə çevrilir. Mümkünsüz görünəni mümkün etdiniz. Azərbaycanın son 300 illik tarixinin ən müzəffər Sərkərdəsisiniz. Qürurumuz yüz yox, min qat çoxalır.

Bədii yaradıcılıqla məşğul olsam da hiss və duyğylarımı sözlə ifadə edə bilmirəm. Bircə onu bilirəm ki, necə vətənpərvər və torpaqsevər olmağınızı imzanızla təsdiq etdiniz.

Sayənizdə yadellilər torpaqlarımızdan qovulur, Azərbaycan fərqli tarix yazır, çanlı zəfər çalır, parlaq qələbə qazanır və Qarabağın qayıdışı gerçəkləşir. Sizin qol qoyduğunuz müqəddəs işlə və güclü hərbi potensialla Qarabağ yenidən doğulur, Sizin əlinizlə alnına gözəl taleh yazılır.

Cənab Prezident, uca bayrağımız Xankəndinin mərkəzinə sancılan gün bu şəhərin adının dəyişdirilib Sizin adınızla İlhamabad və ya İlhamlı qoyulmasını arzulayıram. Bu adla Qarabağımızın paytaxtının gözəl günlər yaşayacağına əminəm.

Qarabağın bir adı da Azərbaycandır!

Hörmətlə,

Avşar Eyvaz

Şair

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Avşar kəndi.

 

 

31 oktyabr 2020

İnşallah Abbasovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident.

Bir vətənpərvər oğul kimi, müzəffər Ordumuzun qələbələrinə sevinir və şadlanırıq. Əminik ki, tezliklə işğal altında olan bütün torpaqlarımız qəddar düşməndən tam azad olunacaq, Azərbaycanın üçrəngli Bayrağı həmin torpaqlarda qürurla, vüqarla dalğalanacaq. Biz Sizinlə qürur duyuruq və fəxr edirik! Uca Yaradan bu haqq və ədalətli işinizdə Sizə yardımçı olsun!

Müzəffər Ali Baş Komandan, könüllü olaraq Ordu sıralarına yazılmış yeganə oğlum Abbasov Şaiq İnşallah oğlu hazırda amansız düşmənin layiqli cavabını vermək üçün müsəlləh bir əsgər kimi cəbhədə vuruşur. Mənim balam da daxil olmaqla, bütün əsgər balalara Allahdan güc, qüvvə arzulayıram.

Yaşasın Azərbaycan!

Hörmətlə,

İnşallah Abbasov

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Pəroğullar kəndi.

 

 

30 oktyabr 2020

Məhəddin Cəfərovdan, Ağcabədi, Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Qarabağ uğrunda gedən döyüşlərdə çaldığımız şanlı qələbələr münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Mən keçmiş hərbçiyəm. Fərrux dağı uğrunda gedən döyüşlərdə namərd düşmənin atdığı mərmi nəticəsində ağır yaralanmışam, bədənimdə 5 qəlpə var.

Cənab Prezident, Sizin çağırışınıza hər an qoşularaq, Vətən uğrunda gedən döyüşlərdə canımla, qanımla iştirak etməyə hazıram.

Allah Sizi, xalqımızı və haqq işimizə dəstək olan türk dünyasını qorusun!

Qələbə bizimlədir!

Hörmətlə,

Cəfərov Məhəddin Qaryağdı oğlu, müharibə veteranı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyad kəndi.

 

 

30 oktyabr 2020

Vüsalə İsmayılovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən Ağcabədi rayonu 11 saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Qardaşım hazırda əsgərdir, sərhədlərimizi yağı düşməndən qoruyur.

Cənab Prezident, işğal altında olan torpaqlarımızın azad olunması məni hədsiz sevindirir.

Sizin rəhbərliyinizlə şanlı Ordumuzun şücaəti nəticəsində Azərbaycanın işğalda olan torpaqlarının azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Allah Sizi və bütün əsgər və zabitlərimizi qorusun!

Allah Sizi dövlətimizin başından əskik etməsin!

Biz Sizə və rəşadətli Ordumuza güvənirik!

Hörmətlə,

İsmayılova Vüsalə Vaqif qızı.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

30 oktyabr 2020

Təzəgül Rəcəbovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Mən sadə və zəhmətkeş bir ailədə anadan olmuşam. Atanız məhrum ulu öndər Heydər Əliyevin gördüyü gözəl işlərin şahidi olmuşam. Onun müdrik siyasətini layiqli şəkildə davam etdirdiyinizə görə Sizə təşəkkür edirəm.

Əziz Prezidentim, öz canım xəstə olsa da, daim Sizə duaçıyam. Uca Allahdan, Ulu Peyğəmbərlərdən Sizə kömək diləyirəm. Allah yardımçınız olsun. Elimiz-obamız Sizin dayağınızdır. Şəhid anaları Sizi öz övladı bilir. Bu müqəddəs yolda Sizə uğurlar diləyirəm.

Hörmətlə,

Təzəgül Rəcəbova

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.

 

 

30 oktyabr 2020

Həbib Bədəlovdan, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Son günlər Azərbaycan Ordusu tarix yazmağa davam edir. Çox xoşbəxtik ki, qazanılan qələbələrin canlı şahidiyik.

Hörmətli cənab Ali Baş Komandan, hər gün torpaqlarımızın azad olunması xəbərini eşitdikcə böyük qürur hissi keçiririk. Siz bu gün milyonların arzusunu reallaşdırırsınız.

Sizə qarabağlı gənclər adından Uca Tanrıdan güc-qüvvət arzu edirik. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu üçrəngli Bayrağımızı Şuşada dalğalandıracaq.

Eşq olsun, Ali Baş Komandanımıza!

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Bədəlov Həbib Vəli oğlu.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

29 oktyabr 2020

Eldar Əhmədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident!

Sizi böyük Qələbəmizin yaxınlaşması münasibətilə ürəkdən təbrik edir, yeni və daha möhtəşəm qələbələr arzulayıram.

Mən rayonumuzun ziyalısıyam. 2009-cu ildə Sizin haqqınızda “Liderlik asan deyil” adlı kitabım dərc olunub. Növbəti kitabımı da Sizə - qətiyyətli, mərd, mübariz, qəhrəman Liderimizə həsr edəcəyəm. Siz savadınız və səriştənizlə dünyanı idarə edə bilən bir Lidersiniz.

Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Sizə böyük qiymət vermiş, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi.

Siz Ulu öndərimizdən qəbul etdiyiniz estafeti uğurla davam etdirdiniz, ölkəmizi gül-çiçəkli diyara çevirdiniz. İndi müdrik Heydər Əliyevin dediyi kimi, Azərbaycan günəş təki parlayıb, dünyaya işıq saçır.

Cənab Prezidenti! Siz işinizlə, əməlinizlə bu xalqın oğlu olduğunuzu, xalqın rifahı naminə çalışdığınızı sübut etdiniz. Siz on milyonluq bir xalqı bir yumruq kimi birləşdirib layiqli rəhbər və komandan oldunuz. Bütün dünyaya göstərdiniz ki, güc birlikdədir, xalqın taleyi həll olunanda hamı bir külüngə vurmalıdır. Bu gün Siz xalqın inamına güvənib torpaqlarımızı azad edirsiniz.

Xalq Sizin müdrik şüarınız olan “Qarabağ Azərbaycandır” kəlamı ətrafında birləşib və mütləq Qələbə çalacağıq! Çünki xalqımızın Sizi kimi iradəli oğlu var! Belə xalq heç vaxt uduzmaz!

Tanrı Sizi, xalqımızı və Ordumuzu qorusun! Sizə və xalqımıza yeni-yeni zəfərlər arzulayırıq.

Hörmətlə,

Əhmədov Eldar Əli oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

28 oktyabr 2020

Nazilə Abbasovadan, Ağcabədi, Azərbaycan
Əziz Prezidentimiz.

Sizin getdiyiniz bu haqq yolunda Sizinləyik. Azərbaycan xalqı hər zaman Sizə dualar edir. Siz bizi Qarabağa, Laçına, Şuşaya qaytarırsınız.

Uca Allah Sizi və əsgərlərimizi qorusun!

Mən bir laçınlı kimi inanıram ki, tez bir zamanda Laçın rayonunun işğaldan azad olunması xəbərini biz laçınlılara verəcəksiniz.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nazilə Abbasova

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.

 

 

28 oktyabr 2020

Lətifə Abdinovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,

İlk növbədə, mən Sizi torpaqlarımızın işğalçılardan azad olunması münasibətilə təbrik edirəm. Allah Sizə daima cansağlığı versin. Sizin sayənizdə 30 il işğalda olan torpaqlar azad olunur.

Mənim 64 yaşım var, bir oğlum var. Oğlum törətdiyi avtomobil qəzası ilə əlaqədar hazırda məhkumluq həyatı yaşayır. O, zəng vurub deyir ki, “mən də cəbhəyə, torpaqlarımız uğrunda döyüşə getmək istəyirəm”.

Allah döyüşdə olan Azərbaycan övladlarını qorusun. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Abdinova Lətifə Vəli qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, İmamqulubəyli kəndi.

 

 

28 oktyabr 2020

Nilay Talıbzadədən, Ağcabədi, Azərbaycan
Əziz Prezidentimiz,

Mən - Ağcabədi şəhər sakini Talıbzadə Nilay Rauf qızı, şəhid Əli Talıbovun nəvəsiyəm.

Bu məktubu Sizə təşəkkür üçün yazıram. Siz hər dəfə televiziyada danışanda bizi sevindirirsiniz. İşğal olunmuş torpaqlarımızı azad edirsiniz, erməniləri iti qovan kimi qovursunuz. Babamın vaxtilə döyüşdüyü torpaqları azad etdiyiniz üçün Sizə xüsusi olaraq təşəkkür edirəm.

Mən istəyirəm ki, müharibə olmasın, Qarabağ sülh yolu ilə geri qayıtsın, əsgərlərimiz sağ-salamat geri dönsünlər, heç bir ev güllədən dağılmasın, heç bir uşaq valideynsiz, heç bir valideyn uşaqsız qalmasın, məktəblilər həlak olmasın. Suqovuşan qəsəbəsi azad olunduğu gündən biz həyət qapısından Azərbaycan Bayrağını asmışıq. Hər dəfə bayrağa baxanda Sizinlə fəxr edirəm.

Allah həm Sizin, həm də rəşadətli Azərbaycan Ordusunun əsgərlərinin köməyi olsun. Həmişə var olun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Talıbzadə Nilay Rauf qızı, 2-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

24 oktyabr 2020

Nuridə Həsənovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident!

Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz. Sentyabrın 27-dən başlanan bu vətən müharibəsində də Siz əlinizdən gələni edərək xalqımıza dəstək olduğunuzu, onların yanında olduğunuzu bir daha göstərdiniz. Bütün Azərbaycan vətəndaşları kimi mən də çox səbirsizliklə hər gün Sizin çıxışlarınızı, öz rəsmi “Twitter” səhifənizdə edəcəyiniz paylaşımlarınızı gözləyirəm. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının bir sıra kəndlərinin erməni işğalından azad olunma xəbərini verməklə bütün xalqımıza çox böyük sevinc hissi yaşatdınız. İnanıram ki, Sizin və rəşadətli Azərbaycan Ordusunun sayəsində çox tezliklə tarixi Azərbaycan torpaqları erməni işğalından azad ediləcək və bütün torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Cənab Prezidentimiz, Allah Sizi və Ordumuzu qorusun. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənova Nuridə Lətif qızı,

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

23 oktyabr 2020

İlhamə Əliyevadan, Ağcabədi, Azərbaycan
Ulu Öndərin layiqli varisi, qətiyyətli davamçısı Ali Baş Komandanım.

Hiss və həyəcanımı sözlərin, cümlələrin çatdıra biləcəyindən əmin deyiləm.

30 il əvvəl gənc bir qızın söyləyə bilmədiyi, Qarabağ dərdini içinə gömdüyü vaxtlar artıq arxada qalıb. Səbr kasası daşdı və düşmən bunun nəticəsini görür.

Mən bu gün bir əsgər anasıyam. Dövlətinə, komandanına, əsgərinə güvənən, rəşadətinə sevinən anayam!

Allah Sizi və səngərdə düşmənlə üz-üzə dayanan bütün əsgər və zabitlərimizi qorusun!

Yaşasın Azərbaycan! Var olsun Prezidentim!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

İlhamə Əliyeva

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

23 oktyabr 2020

Mübariz Atakişiyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Mən 70 yaşlı idrakla dərk edən bir insan kimi Sizin siyasətinizi və qətiyyətli mövqeyinizi dəstəkləyirəm. Ordumuzda olan ruh yüksəkliyi, xalqımızın Sizi dəstəkləməsi məni sevindirir, yaşamaq eşqimi artırır. Bu yaşımda Ordunuza və Sizə dayaq oluram, bundan özümü xoşbəxt hiss edirəm.

Cənab Prezident, iqtisadiyyatımızı gücləndirdiniz, nizami ordu yaratdınız, qətiyyətli mövqeyinizlə indi də dövlətimizin ərazi bütövlüyünü bərpa edirsiniz. Allahdan bu yolda Sizə və Ordumuza yardımçı olmasını diləyirəm.

Cənab Ali Baş Komandan, bu gün Siz tarix yazırsınız. Tarix Ulu Öndərimiz və Sizin kimi şəxsiyyətləri 100 ildə bir dəfə yetirir.

Qoy ölkəmizə qısqanclıqla yanaşan bütün dövlətlər, şəxslər baxıb utanc hissi keçirsin.

Allahdan bir arzum var ki, Qələbədən sonra Siz Qarabağa gələndə Sizinlə görüşmək mənə nəsib olsun. Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mübariz Atakişiyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

23 oktyabr 2020

Ləman Sultanovadan, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Torpaqlarımızın azad olunması münasibətilə Sizi və xalqımızı təbrik edirəm. İnşallah, Bayrağımız Şuşada dalğalanar. Biz Sizinlə fəxr edirik. İnanırıq ki, Qələbə çalacağıq. Allah Sizi və Ordumuzu qorusun.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ləman Sultanova

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

21 oktyabr 2020

Sumayə Həsənovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizin və rəşadətli Azərbaycan Ordusunun sayəsində artıq bugün bütün Azərbaycan xalqı 30 ildir işğal altında olan tarixi torpaqlarına qovuşur. Sentyabrın 27-dən başlanılan bu vətən müharibəsində həmişə olduğu kimi xalqıa birliyinizi, həmrəyliyinizi işdə, əməldə göstərirsiniz. Hər gün çox böyük səbrsizliklə Sizin çıxışlarınızı, müsahibələrinizi gözləyirik.

Oktyabrın 20-də Siz xalqa müraciətinizdə Zəngilan şəhəri və bir sıra kəndlərimizin işğaldan azad edilmə xəbərini verməklə bizə həm sevinc, həm də çox böyük qürur hissi yaşatdınız. Sizin və şanlı Azərbaycan ordusunun inamlı, qətiyyətli, sarsılmaz mübarizəsi və bu yolda əldə etdiyiniz çox böyük uğurlar Azərbaycan xalqının üç rəngli bayrağın kölgəsi ətrafında bir yumruq kimi daha da özünə inamlı şəkildə birləşməsinə səbəb olur.

İnanırıq ki, çox tezliklə Azərbaycan torpaqları erməni işğalından tamamilə azad olacaq və bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanacaqdır. Mən iki əsgər bacısı, ən əsası da bir Azərbaycan vətəndaşı olaraq Sizə bu məktubu yazaraq minnətdarlığımı bildirməyi özümə borc bildim. Allah başda Siz olmaqla bütün Azərbaycan xalqını və şanlı Azərbaycan Ordusunu qorusun.

Hörmətlə,

Sumayə Həsənova

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

21 oktyabr 2020

Sabir Cəfərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Mən Sizinlə fəxr edirəm. Sizin çağırışınızla könüllü döyüşçü kimi ön cəbhədə döyüşməyə hazıram.

Bizim Ağcabədi rayonu uzun illərdir düşmənlə üz-üzə dayanan, onun namərd gülləsindən ziyan çəkən rayonlardan biridir. Son vaxtlar düşmən rayonumuzun kəndlərini və şəhəri ağır artilleriyadan atəşə tutsa da, bu, bizi qorxutmur. Sizə və Ordumuza güvənirik.

Cənab Prezident, “haqq nazilər, amma üzülməz” – deyiblər. Sizin və Ordumuzun sayəsində bu gün bu sözlər həyatda öz təsdiqini tapır. Siz tarixi ədaləti bərpa edir, haqqı nahaq önündə qalibə çevirirsiniz. Sizin kimi şəxsiyyətlər təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə gərəkdir.

Hörmətlə,

Sabir Cəfərov

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndi.

 

 

20 oktyabr 2020

Sədaqət Məhərrəmovadan, Ağcabədi, Azərbaycan
Əziz Prezidentimiz.

Sözün düzü, bilmirəm ki, öz sevincimi, hisslərimi necə ifadə edim. Bu günlərdə Azərbaycanımızın torpaqlarının bütövlüyü uğrunda gördüyünüz işlərdən yana Sizi bir qardaş kimi bağrıma basmaq, Sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Yaxşı ki, varsınız! Yaxşı ki, bizim Prezidentimizsiniz!

Biz fəxr edirik ki, Azərbaycanın Sizin kimi oğlu var. Sizə çox-çox minnətdarıq. Siz xalq üçün elə xalqın istədiklərini edirsiniz. Həm də qorxmadan, çəkinmədən. Namusla, qeyrətlə, şərəflə, ləyaqətlə!

Var olasınız! Çox yaşayasınız, əziz Prezidentimiz! Biz anaların, bütün Azərbaycanın duaları Sizinlədir, qüdrətli Ordumuzladır!

Mən laçınlı analar, laçınlı məcburi köçkünlər adından deyirəm: “Allah Sizə yar olsun! Bu mübarizədə mübarizliyiniz, qətiyyətiniz əskilməsin!”. Bu günlər hər bir kəlməniz xalqın dilində bir aforizmə çevrilib, hər kəlmənizdə bir hikmət var.

Mən məcburi köçkün kimi 28 illik həsrəti ürəyində qubar edən sadə bir müəlliməyəm. 28 ildir “Laçın” deyib, bir ata məzarı üçün qovruluram.

Şükürlər olsun ki, bu gün Sizin rəhbərliyiniz altında qüdrətli Azərbaycan Ordusu faşist Ermənistana layiq olduğu cavabı verir! 28 ildən sonra o müqəddəs yerlərə qayıdış sevinci gözlərimizi yaşla doldurur.

Mən birinci xanımımıza da sonsuz minnətdarlığımı bildirirəm. Biz analar bilirik ki, bu müqəddəs savaşda, haqq-ədalət savaşında o da Sizinlə çiyin-çiyinə vuruşur. Mehriban xanım dünya qadınlarına örnək, etalon olacaq bir xanımdır!

Arzum işğaldan azad olunmuş Laçınımızda dağ döşündə tikəcəyimiz sadə evimizdə Sizi ailənizlə birlikdə qonaq etməkdir. İnanıram, o günə lap az qalır.

Tezliklə Laçında görüşmək ümidi ilə Sizə “var olun, çox yaşayın” deyirəm, əziz Prezidentimiz! Apardığınız haqq-ədalət savaşında Sizə uğurlar diləyirik!

Böyük hörmətlə,

Sədaqət Məhərrəmova

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

20 oktyabr 2020

Telman Həsənovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

İşğal altında olan torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi həyatda ən böyük sevincimiz və arzularımız olub. Biz ağcabədililər, eləcə də bütün Azərbaycan xalqı Sizinlə fəxr edir və belə bir Ali Baş Komandanımız olduğu üçün qürur duyuruq.

Bizim rayonun əraziləri atəşə məruz qalsa da işıqlarımız yanır, cəbhədə gedən hadisələri televiziya vasitəsi ilə izləyirik. Biz Sizi çox sevirik, cənab Prezident. Azərbaycanımızın çiçəklənməsi, ərazi bütövlüyümüzün bərpası və müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün gördüyünüz bütün uğurlu işlər üçün Sizə minnətdarlığımızı bildiririk. Bu şərəfli, müqəddəs işlərinizdə uca Allah köməyiniz olsun.

Hörmətlə,

Telman Həsənov

Azərbaycan Respublikası, Ağcabədi rayonu, İmamqulubəyli kəndi.

 

 

19 oktyabr 2020

Rövşən Əhmədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Siz ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaşların maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın və hərbi potensialımızın inkişaf etdirilməsi, güclü siyasi-diplomatik fəaliyyət nəticəsində ölkəmizin beynəlxalq aləmdə tanınmasına, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına nail olmusunuz. Bu nailiyyətləri gözü götürməyən erməni silahlı qüvvələri sentyabrin 27-dən başlayaraq ərazilərimizə yeni hücumlar etmişlər. Düşmənin təxribatına cavab olaraq Ordumuzun Sizin əmrinizlə başladığı əks-hücum əməliyyatları və davamlı hərbi uğurlar bizdə hədsiz qürur hissi doğurub. Bu gün xalqımızda milli ruh çox yüksəkdir. Ölkə rəhbərliyi, xalq və ordu birliyi qələbələrimizin rəhninə çevrilmişdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda dövləti əzmlə, layiqincə idarə etməyiniz əhalimizdə fəxarət hissi yaşadır. Sizin əzmkar iradəniz və hadisələri əvvəlcədən qabaqlamaq qabiliyyətiniz sayəsində qələbəyə nail olacağımız günə az qalmışdır. Biz inanırıq ki, qısa müddətdə şanlı Ordumuz Sizin rəhbərliyinizlə torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycan bayrağı əbədi olaraq Qarabağda dalğalanacaqdır. Biz ağcabədililər bütün xalqımız kimi Sizinləyik və yanınızdayıq. Cəbhədə uğursuzluğa uğrayan düşmən bütün alçaq əməllərə, müharibə cinayətinə əl atır, yaşayış məntəqələrinə raketlərdən və ağır artileriyadan atəş açaraq dinc əhalini qətlə yetirir. Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Ağcabədi və digər yaşayış məntəqələrinə edilən zərbələr əhalinin əzmini qıra bilməz. Hər gün atəşə məruz qalsalar da hamı öz yaşayış məntəqələrindədir və öz gündəlik həyatlarını davam etdirir. Bütün Azərbaycan xalqı kimi ağcabədililər də Sizi sevir və öz Prezidenti ilə fəxr edir.

Yaşasın Azərbaycan !

Yaşasın Ali Baş Komandan! Allah Sizi, xalqımızı və Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

 

18 oktyabr 2020

Aydan Əliyevadan, Ağcabədi, Azərbaycan
Salam, cənab Prezident.

Siz bizim və dövlətimizin, xalqımızın, əsgərlərimizin həmişə arxasındasınız və olacaqsınız. Qarabağ bizimdir və bizim olacaq. Bayrağımız işğal olunmuş rayonlarımızda sancılacaq inşallah.

Allah Sizə dayaq olacaq cənab İlham Əliyev. Siz bizim dayağımızsınız.

Allah Sizi və əsgərlərimizi, xalqımızı, dövlətimizi qorusun. Allah Sizə kömək olsun. Amin.

Hörmətlə,

Əliyeva Aydan Elnur qızı,

6-cı sinif şagirdi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi.

 

 

18 oktyabr 2020

Rəhman Qurbanovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə şanlı Ordumuzun qazandığı qələbələr bizdə qürur hissi doğurur. Nail olduğumuz bu zəfərlərə hər birimiz sevinirik. Biz fəxr edirik ki, bizim belə xilaskar Ordumuz və onun başında duran bacarıqlı Ali Baş Komandanımız var. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik.

Qüdrətli Ordumuzun müqavimətinə tab gətirə bilməyən erməni işğalçıları dinc əhalimizə atəş açır, bu da onların acizliyini göstərir. Biz də onların atəşindən qorxmuruq, Ordumuza da inanırıq. Bilirik ki, biz Qələbə çalacağıq.

Bəzi ölkələrin rəhbərlərinin atəşkəsə çağırması bizim prezidentimizi haqq yolundan döndərə bilməz.

Cənab Ali Baş Komandan, tezliklə Azərbaycanın Milli Qəhrəmanı kimi Sizin Azadlıq Meydanında Qələbə paradı keçirməyinizi arzu edirik.

Hörmətlə,

Rəhman Qurbanov

Əmək veteranı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

18 oktyabr 2020

Əlzamin Həziyevdən, Ağcabədi, Azərbaycan
Cənab Prezident.

Əvvəlcə Sizi və Azərbaycan xalqını işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Ulu Tanrım hər zaman Sizi və əsgər qardaşlarımızı qorusun, onlara hər zaman zəfər çalmağı nəsib etsin, müqəddəs Bayrağımız yüksəklərdə dalğalansın. İgid əsgərlərimiz düşməni torpaqlarımızda bir böcəyi əzən kimi əzib öldürsünlər.

Allah Sizi qorusun, cənab Prezident.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həziyev Əlzamin Bəhlul oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.

 

 

18 oktyabr 2020

Taleh İbrahimovdan, Ağcabədi, Azərbaycan
Cənab Prezident.

Siziə Vətənimizin inkişafı və bütövlüyü naminə gördüyünüz işlərə, qazandığınız uğurlara və nailiyyətlərə görə minnətdarlığımı bildirirəm.

Cənab Ali Baş Komandan, mənim də bir övladım hazırda Vətən uğrunda döyüşlərdə qəhrəmancasına döyüşür. Mən onunla fəxr edirəm!

Ailəmiz adından bu müqəddəs mübarizədə qələbə çalmaq üçün Sizə və şanlı Ordumuza uğurlar arzulayırıq!

Hörmətlə,

İbrahimov Taleh Pəhlivan oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Xocavənd kəndi.

 

 

16 oktyabr 2020

Fəridə Mikayılovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Erməni işğalına məruz qalan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə müdrik, qətiyyətli bir Sərkərdə kimi möhtəşəm uğurlarınız bütün Azərbaycan xalqı kimi bizim ailəmizi də çox sevindirir.

Türkiyənin İstiqlal mübarizəsində Mustafa Kamal Atatürk xalqı qarşısında xidmətlərinə görə tarixə düşdüyü kimi, Siz də Azərbaycanın ərazi bütövlüyünü bərpa edən dövlət başçısı kimi şərəfli bir ad qazanaraq tarixə düşürsünüz. Siz azərbaycanlıların döyüş ruhunu özünə qaytardınız, xalqın ümidlərini doğrultdunuz. Dağlıq Qarabağdan məcburi köçkün kimi fəxr edirəm ki, Xankəndi şəhərində doğulan üç övladım bu gün cəbhədə öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.

Bir ana və müəllim kimi arzum budur ki, Xankəndi şəhərində Azərbaycan Bayrağı dalğalandığı gün Sizə - Ulu Öndərimizin layiqli davamçısına, bütün hərbi-siyasi qələbələrin memarına, Ali Baş Komandan cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin!

Hörmətlə,

Mikayılova Fəridə Mürşüd qızı

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

15 oktyabr 2020

Elza İsmayılovadan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən bir şəhid anası kimi son günlər ölkəmizdə baş verən Vətən müharibəsini hər gün həyəcanla izləyirəm. Sizin qətiyyətli addımınız və uzaqgörən siyasətiniz nəticəsində ordumuz İnşallah, tezliklə Şuşada şanlı Azərbaycan bayrağını dalğalandıracaqdır. Oğlum Eldəniz Sadıqov 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam rayonunda qəhrəmancasına şəhid olmuşdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Amin. Bu gün bütün şəhid analarının duaları Sizinlədir, Azərbaycan əsgəri ilədir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirməyinizlə yanaşı, ordu quruculuğuna xüsusi önəm verməyiniz bugünkü qələbələrimizin bariz nümunəsidir. Sizin adınız Azərbaycan tarixində əbədi olaraq qalacaqdır. Azərbaycan xalqının 30 il gözlədiyi zəfər bayramı İnşallah, çox tez bir zamanda Sizin rəhbərliyinizlə reallaşacaqdır. Tanrı Sizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elza İsmayılova

Şəhid anası

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

15 oktyabr 2020

Məxmər Hacıyevadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizə böyüklərimizdən dinlədiyimiz, illərdir həsrətini çəkdiyimiz torpaqlarımızı geri qaytarma siyasətiniz və bu siyasətdə atdığınız hər bir addım üçün öz adımdan və Ağcabədi rayonunun bütün sakinləri adından təşəkkürümü bildirirəm. Düşmənin çirkin əməllərinə baxmayaraq, biz, Ağcabədi rayonunun sakinləri yüksək ruhla Sizə və Ordumuza güvənirik, yurdumuzun ən gözəl yerində dalğalanan üçrəngli bayrağımızdan güc alırıq və Qarabağımızın azadlığından böyük fərəh hissi duyaraq, hər bir yeni başlayan günə doğma torpaqlarımıza ayaq basacağımız, cənnətə çevirəcəyimiz gözəl Qarabağımızı, xarı bülbülü görəcəyimiz günün sevinci ilə başlayırıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin valideynləri, yaxınları hər zaman xatırlasınlar ki, onlar bizim hər zaman tariximizin qəhrəmanlıq səhifələrində əbədi yaşayacaqlar. Bu tarixi günlər sayəsində bir daha bütün dünya anlayacaq ki, bizim xalqımızın, hər bir azərbaycanlı övladının kiçik yaşlarından oynadığı oyunlarda belə qəhrəmanlıq, Vətənini, öz yurdunu qorumaq rolları var.

Kiçikdən böyüyə kimi hər birimiz üçün Vətənin hər bir qarışı doğmadır və əzizdir.

Cənab Prezident, bu möhtəşəm, şanlı tarixi qələbələrimiz üçün Sizə bir daha dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk.

Hörmətlə,

Məxmər Hacıyeva

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi

 

 

 

14 oktyabr 2020

Nərgiz Həsənovadan, Ağcabədi, Azərbaycan
Salam Azərbaycan xalqının ümid yeri olan Prezidentimiz.

İlk öncə Sizə Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

Sizin əmrinizlə ordumuzun göstərdiyi şücaət bizim üçün əsl sevinc olub. Sizin rəhbərliyinizlə işğal altında qalan torpaqlarımızın da düşməndən geri alınacağına bütün xalqımız inanır. Mən də bir Azərbaycan qızı olaraq, torpaqlarımızın geri qaytarılması üçün ön cəbhəyə getməyə hazıram.

Yaxşı ki, xalqımızın Sizin kimi mükəmməl Prezidenti var, xalqımız Sizinlə qürur duyur.

Allah Sizi və xalqımızı qorusun! Ordumuza isə yeni-yeni qələbə uğurları diləyirəm!

Hörmətlə,

Həsənova Nərgiz Xəqani qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

13 oktyabr 2020

Minarə Əliyevadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizin doğma Qarabağımızın azadlığı uğrunda verdiyiniz qərarı və həyata keçirdiyiniz bütün tədbirləri dəstəkləyirik.

Ordumuzun tezliklə daha böyük uğurlar əldə edəcəyini gözləyirik və buna inanırıq. Biz hamımız Sizin ətrafınızda yumruq kimi birləşərək, dövlətimizin, ordumuzun yanındayıq. Bütün Azərbaycan xalqı Sizinlədir.

Allah Sizə yar olsun.

Hörmətlə,

Əliyeva Minarə Usbəndiyar qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

12 oktyabr 2020

Füzuli Tağıyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Son günlər cəbhə xəttindən gələn qələbə xəbərləri münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, diplomatik fəaliyyətinzdə uğurlar arzulayıram.

Biz Sizə inanır, Sizə güvənirik. İnanırıq ki, komandanlığınız altında mətin və rəşadətli Ordumuz zəbt olunmuş bütün torpaqlarımızı tezliklə geri qaytaracaq, Vətən həsrəti çəkən bütün yurddaşlarımız öz doğma dədə-baba torpaqlarına geri dönəcəklər.

Bu Vətən savaşında Uca Tanrı Sizi, müzəffər Ordumuzu qorusun!

Hörmətlə,

Füzuli Tağıyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Bilağan kəndi.

 

 

 

11 oktyabr 2020

Mübariz Atakişiyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident,

Mənim 70 yaşım var. Ürəyim Sizinlə və güclü Ordumuzla döyünür!

Qətiyyətli mövqeyinizi alqışlayıram! Siz mənim və xalqımızın qəlbində elə bir zirvədəsiniz ki, dünyanın bütün prezidentləri kölgənizdə qalır!

Bütün varlığımla Sizin və Ordumuzun yanındayam!

Hörmətlə,

Atakişiyev Mübariz Cümşüd oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.

 

 

 

10 oktyabr 2020

İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan
Çox hörmətli cənab Ali Baş Komandan.

Biz – “Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Ağcabədi rayon filialının çoxsaylı üzvləri işğal edilmiş ərazilərimizdə şanlı Azərbaycan Ordusunun təcavüzkar erməni ordusuna divan tutmasından fərəhlənir, Sizin rəhbərliyiniz altında düşməni darmadağın edən Ordumuzla qürur duyuruq.

Cənab Ali Baş Komandan, bilirik ki, Siz hər zaman, gecə-gündüz torpaqlarımızın azadlığı uğrunda yorulmadan çalışırdınız ki, erməni işğalında olan ərazilərimizi sülh yolu ilə azad edəsiniz. Çox təəssüf ki, bunu erməni təcavüzkarları başa düşmədi, təxribatlara əl atdılar. Lakin cavablarını aldılar. Sizin qətiyyətli addımlarınız nəticəsində Azərbaycan Ordusunun əlinin zərbini gördülər.

İndi Ordumuzun zərbələri qarşısında döyüş meydanını, hərbi texnikanı, hətta döyüş bayraqlarını atıb qaçırlar. Ordumuz zəfərlə irəliləyir. İnşallah tez bir zamanda tam qələbəmizi elan edərsiniz.

Biz Ağcabədi qaziləri, veteranları, şəhid ailələri həmişə Sizinləyik.

Cənab Ali Baş Komandan, ardıcıl qələbələrimiz münasibətilə Sizi təbrik edirik. İnşallah üçrəngli bayrağımızın işğal olunmuş bütün torpaqlarımızda asılacağına inanaraq, Sizə uğurlar arzulayırıq.

Allah Sizi qorusun!

Allah Ordumuzu qorusun!

Hörmətlə,

Məhərrəmov İsmayıl Əsgər oğlu,

Qarabağ müharibəsi əlili, “Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Ağcabədi filialının üzvləri adından.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

09 oktyabr 2020

Əbülfət Məmmədovdan, Ağcabədi, Azərbaycan
Ulu Öndərin layiqli, əvəzolunmaz davamçısı, dünya səviyyəli siyasətçi, Ali Baş Komandan cənab İlham Əliyev,

Üzümü Sizə tutub deyirəm: Allah Sizi qorusun! Siz əlinizi qaldırıb möhkəm sıxdığınız yumruqdan ermənilər qorxub qaçırlar. Allah Sizə və komandanlıq etdiyiniz ordumuza və onun bütün heyətinə kömək olsun.

Mən və mənim 7 nəfərdən ibarət olan ailə üzvlərim Sizə həmişə inanmışıq və inanırıq. Sizin və Ordumuzun əzəmətini, vüqarını görən düşmənlər torpağımızdan qaçıb gedirlər.

Mən ehtiyatda olan zabitəm, 70 yaşım var. Lazım gəlsə döyüşə getməyə hazıram.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan ordusu!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədov Əbülfət Usub oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.

 

 

09 oktyabr 2020

Yusif Qəhrəmanovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

Sizin qətiyyətinizlə yazılan yeni tarix həm də dünyanın axarını dəyişəcək. Hamı hadisələrə yeni gözlə baxacaq. Ləyaqətli, ədalətli, sülhsevər Azərbaycanı dəstəkləyən ölkələr haqqın harada olduğunu bilirlər.

Bir vətəndaş kimi yaşadığımız hisslərə görə Sizə minnətdarlığımı bildirirəm. 30 illik həsrətimizə son qoyaraq torpağlarımızı düşmənlərdan aldınız.

Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Hörmətlə,

Yusif Qəhrəmanov

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

08 oktyabr 2020

Xalid Hacıyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.

Sizin məqsədyönlü siyasətinizin və qüdrətli Ordumuzun qəhrəmanlığı nəticəsində cəbhədə əldə edilən uğurlar münasibətilə Sizi və xalqımızı təbrik edirəm. Doğrudur, bu uğurlar şəhidlərimizin qanı bahasına qazanılır, lakin onların qanı yerdə qalmayacaq, mərd və cəsur Azərbaycan əsgərləri tərəfindən şəhidlərimizin qisası alınacaqdır.

Bu çətin və şərəfli dövrdə xalqımız Prezidentinin, dövlətinin və ordusunun yanında olduğunu bir daha göstərir. Beynəlxalq təşkilatların həll etməli olduğu məsələni bu gün Azərbaycan xalqı, Ordusu və Prezidenti özü həll edir, ancaq nədənsə “insan haqları”ndan ağız dolusu danışan qərb ölkələri, bu gün erməni vəhşiliyinə göz yumur.

Bizim savaşımız haqq-ədalət naminə aparılan mübarizədir. İnşallah, xalqımız bu mübarizədən də Sizin sayənizdə alnıaçıq, üzüağ çıxacaq.

Allah Azərbaycan xalqını, Ordusunu hifz etsin.

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Xalid Hacıyev

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

08 oktyabr 2020

Xaləddin Eyvazov və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.

Biz həmişə Sizi dəstəkləmişik və hər zaman Sizinləyik.

Hazırda Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində doğma torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması xəbərləri bizi çox sevindirir. Buna görə Sizə təşəkkür edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Sizi çatdırmaq istəyirik ki, xalqda döyüş əzmi, ruh yüksəkliyi sonsuzdur. İnşallah, tezliklə Azərbaycan Ordusunun qalib gələcəyinə, haqq-ədalətin öz yerini tutacağına əminik.

Allah Sizi və şanlı Ordumuzu qorusun!

Hörmətlə,

Eyvazov Xaləddin Məhəmməd oğlu

Əliyev Vüqar Əyyub oğlu

Abdullayev Abdulla Zeynal oğlu

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

07 oktyabr 2020

Fəxri Əsədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin uğurlu siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində bu gün Azərbaycan xalqı böyük sevinc içindədir. Gələn qələbə xəbərləri bir vətəndaş kimi məni çox qürurlandırır. İnanıram ki, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızda dalğalanacaq. Son günlərdə mənfur düşmənimizin hücumlarına Ağcabədi şəhəri də məruz qalıb. Lakin bu, bizi qorxutmur. Çünki biz Sizə - Ali Baş Komandanımıza güvənirik. Bizim heç bir şeydən qorxmayan, çəkinməyən, Vətənin hər qarış torpağını düşməndən azad edən şanlı ordumuz var. Allahın izni ilə tez bir zamanda Milli Ordumuzun əsgər və zabitləri Sizin komandanlığınızla işğal edilmiş bütün torpaqlarımızı azad edəcəyinə inanır və o günü səbrsizliklə gözləyirik. Biz Sizinlə qürur duyuruq. Allah Sizi, ordumuzu, xalqımızı qorusun. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Fəxri Əsədov
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

07 oktyabr 2020

Rauf Gülmalıyevdən, Ağcabədi, Azərbaycan
Əziz Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik. İnanırıq ki, üçrəngli Bayrağımız Qarabağımızın hər yerində dalğalanacaq. Siz qətiyyətli mövqeyinizlə bütün xalqda bu inamı möhkəmlətdiniz. Dualarımız Sizinlədir.
Allah Ordumuzu və Ali Baş Komandanımızı qorusun.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rauf Gülmalıyev
Qarabağ müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

07 oktyabr 2020

Tofiq Cəfərovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ü.Hacıbəyli adına Muğam Mərkəzinin kollektivi adından Sizin ərazilərimizin bütövlüyü uğrunda apardığınız xarici və daxili siyasəti dəstəkləyirik. Bilin ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyə hər an hazırıq.
Sizin və qüdrətli Azərbaycan Ordusunun sayəsində torpaqlarımızın işğaldan azad olunması xəbərini səbirsizliklə gözləyirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Cəfərov Tofiq.
Azərbaycan Respublikası, Ağcabədi rayonu

 

 

06 oktyabr 2020

Mehman Məmmədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, həm də şanlı tarixini yazırıq.
Azərbaycan xalqı bu gün tarixi ədaləti bərpa edir. Çünki Qarabağ bizim əzəli tarixi torpağımızdır.
Ədalətin bərpası yolunda mübarizədə xalqımız Sizinlədir. İnşallah, Qələbə bizimlədir. Allah bunu bizə Sizin sayənizdə qismət etdi. Hər birimiz əlinizi sıxır, Sizi bağrımıza basırıq. Qələbə bizimdir!
Hörmətlə,
Məmmədov Mehman.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaradolaq kəndi.

 

 

06 oktyabr 2020

Anar Rzayevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün qətiyyətlə bildirirəm ki, mən də Sizinlə fəxr edirəm. Siz bizim başımızı ucaltdınız. Buna görə Sizə minnətdaram. Artıq 30 ildir xalqımızın həsrətlə gözlədiyi gün Sizin qətiyyətli mövqeyiniz, siyasi bacarığınız və cəsarətli addımlarınız hesabına gəlib çatmışdır. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunun formalaşmasını, onun xaricdə nüfuzunun artmasını təmin etmişdir. Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-hücum əməliyyatını dəstəkləyir, Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi biz də sevinc və qürur hissi ilə alqışlayırıq. İnşallah, Ordumuz tezliklə Qarabağı mənfur düşmənlərdən azad edər və biz gözəl Şuşamızda, Cıdır düzündə və bütün azad olunan torpaqlarımızda qələbə bayramını qeyd edərik. Allah Sizə uzun ömür, cansağlığı versin. Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Ulu Tanrı Ali Baş Komandanımızı, Azərbaycan xalqını qorusun. Yaşasın Azərbaycan Ordusu!
Hörmətlə,
Rzayev Anar Azər oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

06 oktyabr 2020

İlham Tağıyevdən, Ağcabədi, Azərbaycan
Əziz Prezidentimiz.
Azərbaycan torpaqlarının azad edilməsi üçün göstərdiyiniz qəhrəmanlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm.
İnanıram ki, yaxın vaxtlarda Azərbaycanın üçrəngli müqəddəs bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Xocalı faciəsini törədən, bir milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salan düşmən ermənilərin indiki halını gördükdə böyük iftixar hissi keçiririk.
Allah Sizi və qəhrəman Ordumuzu qorusun!
Hörmətlə,
Tağıyev İlham Murad oğlu
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

06 oktyabr 2020

Çingiz Hüseynovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız.
Mən Sizə bütün ağcabədililər adından təşəkkür edirəm. Düşmənin son günlər ağır artilleriya hücumuna biz ağcabədililər də məruz qalmışıq. Lakin bu, bizi qorxutmur, çünki arxamızda Sizin kimi mərd, qürurlu sərkərdə, sərhədimizdə heç nədən çəkinməyən, mətin, qəlbi Vətən eşqi ilə döyünən cəsur igidlərimiz var.
Sizə cansağlığı arzu edirəm. Allah Ordumuzu qorusun. Allah Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur.
Hörmətlə,
Hüseynov Çingiz Sabir oğlu
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

05 oktyabr 2020

Şəbnəm Məmmədovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusunun zəfərlə irəlilədiyi bu günlərdə Sizə minnətdarlıq etməyi özümə borc bildim. Düşmənə meydan oxumağa qadir olan güclü, müstəqil Azərbaycan məhz Sizin yürütdüyünüz uğurlu siyasətin bariz nümunəsidir. Şanlı, qüdrətli Azərbaycan Ordusunun Sizin rəhbərliyinizlə həyata keçirdiyi əks-hücumla işğal altındakı torpaqlarımızı azad etməsi xəbərləri bizi çox sevindirir. Sizin dünən xalqa verdiyiniz şad xəbəri mən və ailə üzvlərim sevinc göz yaşları içərisində izlədik. Bir azərbaycanlı və bir müəllim olaraq qürur hissi duydum.
İnşallah, o gün olsun ki, xalqa şanlı Azərbaycan Ordusunun Şuşanı, Laçını, Xankəndini, Kəlbəcəri - bütün tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdiyi, geri qaytardığı xəbərini verəsiniz. Rəbbim Sizi Azərbaycan xalqına çox görməsin.
Uca Tanrım Sizi və ailənizi, Azərbaycan əsgərlərini, millətimizi, Vətənimizi qorusun. Hər zaman Sizi dəstəkləyirik, Sizin yanınızdayıq. Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Məmmədova Şəbnəm Səttar qızı
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

04 oktyabr 2020

Tofiq Cəfərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Ağcabədi şəhid ailələri, Qarabağ qaziləri və veteranları adından Azərbaycanın ərazi bütövlüyü uğrunda Sizin apardığınız xarici və daxili siyasəti tam dəstəkləyirik. Sizin əmrinizlə torpaqlarımız uğrunda hər an şəhidlik zirvəsinə yüksəlmək hər birimizin arzusudur.
Allah Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızı və ordumuzu qorusun.
Hörmətlə,
Tofiq Cəfərov
Qarabağ qazisi, ehtiyatda olan zabit
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

03 oktyabr 2020

Mirələm Mirzəyev və Arzu Niftalıyevadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin ruhu şaddır. Siz öz işinizlə sübut etdiniz ki, bu xalq nəyə qadirdir.
Sizin həyata keçirdiyiniz bütün siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, qətiyyətinizlə torpaqlarımız tezliklə tam azad olunacaq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Allah Sizi qorusun.
Hörmətlə,
Mirzəyev Mirələm Böyükkişi oğlu
Niftalıyeva Arzu Niftalı oğlu
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

02 oktyabr 2020

Minə Nərimanovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Siz daim Qarabağ məsələsinə həssaslıqla yanaşmış, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışmısınız. Qarabağ məsələsinə ikili standartlarla yanaşan dünya dövlətləri bir tərəfdən Azərbaycanı danışıqlara çağırsa da, digər tərəfdən öz əlaltıları vasitəsilə ölkə daxilindəki sabitliyi pozmağa cəhd etmişlər. Ermənilərin iyul ayında Tovuz bölgəsində, sentyabrın 27-dən isə sərhədboyunda dinc əhalini ağır artilleriya atəşinə tutması düşmənin əsl niyyətini göstərdi. Onlar mülki şəxsləri öz çirkin əməllərinin qurbanına çevirmək istəyirlər. Sizin uğurlu xarici siyasətinizin nəticəsidir ki, qardaş Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər nüfuzlu dövlətlər Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmişlər. Bu gün bizim hər birimiz Vətən qarşısında müsəlləh əsgərik. Sizin komandanlığınız və Ulu Tanrının köməyi ilə biz tezliklə Qarabağa zəfər bayrağımızı sancacağıq.
Dərin hörmətlə,
Minə Nərimanova
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarıcalı kəndi.

 

 

02 oktyabr 2020

Atamoğlan Babayevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi, Ağcabədi Rayon Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi də işğalçı Ermənistan dövlətinə qarşı apardığınız qətiyyətli mübarizədə son nəfəsinədək Sizin yanınızdadır. Sizin qəbul etdiyiniz qərarlar, apardığınız danışıqlar və qətiyyətli mövqeyiniz qeyrət simvoludur. Erməni işğalçıları və onların havadarları bilməlidirlər ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Sizin rəhbərliyinizlə tez bir zamanda azad ediləcəkdir.
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqının fəxri olan Prezidentimiz!
Hörmətlə,
Ağcabədi Rayon Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi adından
Atamoğlan Babayev
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 oktyabr 2020

Samirə Nəsirovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi və Sizin timsalınızda bütün xalqımızı təbrik edir, daxili və xarici siyasətinizi dəstəklədiyimi bildirirəm. Çox qürurverici bir dövrdə yaşayırıq. Ağcabədi döyüş bölgəsi olmasına baxmayaraq, biz təhsil işçiləri öhdəmizə düşən işləri yerinə yetirməklə xalqımızın bu çətin günündə bir yumruq kimi birləşib tez bir zamanda qələbə çalacağımıza inanıram. İnanıram ki, Sizin kimi müdrik, uzaqgörən Prezidenti olan xalq tezliklə öz ərazi bütövlüyünə nail olacaqdır. Sizin qələbə əzmli şüarlarınız hər bir Azərbaycan gəncini ruhlandırır. Sizinlə fəxr edirəm. Azərbaycan Sizin rəhbərliyinizlə gündən-günə daha da güclü olacaq.
Hörmətlə,
Samirə Nəsirova
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 oktyabr 2020

Ərşad Məmmədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Çox sevindirici haldır ki, Azərbaycan Ordusu işğal altında olan yeddi kəndimizi və Murovdağ silsiləsindən olan Murovdağ yüksəkliyini işğaldan azad etmişlər. Bütün bu uğurlar, nailiyyətlər, cənab Ali Baş Komandan, məhz Sizin sayənizdə olmuşdur.
İnanırıq k, işğal altında olan torpaqlarımız tezliklə düşməndən azad olunacaq, Azərbaycan Ordusu zəfər çalacaq, üçrəngli bayrağımız qürurla dalğalanacaq.
Əhli-Beyt əsli olaraq, seyidlər şəcərəsinin varisi kimi həmişə xalqımıza, dövlətimizə, əziz Prezidentimiz, Sizə və ailənizə dua edirəm.
Qoy Uca Yaradan bu haqq və ədalətli işinizdə Sizə yardımçı olsun.
Hörmətlə,
Ərşad Məhəmməd oğlu Məmmədov
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

02 oktyabr 2020

Şükür Axundov və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Kəndlərimizin işğaldan azad olunması xəbəri hamımızın həsrətinə son qoydu. Tezliklə bu həsrətin Şuşada, Xankəndidə də bitəcəyinə, tezliklə oraların da azad olunması xəbərini eşidəcəyimizə əminik.
Biz indi çox qürurluyuq. Biz və bizim kimi minlərlə azərbaycanlı döyüşməyə hazırdır. İnşallah, Qələbə qazanacaq və bayrağımızı Qarabağda, Xankəndidə asacağıq.
Hörmətlə,
Axundov Şükür Cəmil oğlu
Məmmədov Nizami Miri oğlu
Məmmədov Eldəniz Gündüz oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

30 sentyabr 2020

Səbuhi Quliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
İşğal olunmuş torpaqlarımızın geri alınması Sizin əməyinizin nəticəsidir. Biz çox sevinirik. Sizi təbrik edirəm, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Səbuhi Quliyev
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

28 sentyabr 2020

Fərid Rüstəmovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Uzun illərdən sonra bütün Azərbaycanımıza və biz qarabağlılara qələbə sevinci yaşatdığınıza və torpaqlarımızın bir hissəsini geri qaytardığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dünyanın dörd bir yanında yaşayan, Sizin ətrafınızda birlik və bərabərliklə sıx birləşən 50 milyonluq azərbaycanlıların bir əsgəri kimi bu çətin və şərəfli mövqeyinizdə daim yanınızda olduğumu bildirirəm.
Dünyada yaşayan hər bir azərbaycanlı Sizin qətiyyətli mövqeyiniz nəticəsində qələbə bayrağımızın ən qısa zamanda Şuşada və işğal olunmuş digər ərazilərimizdə dalğalanacağına böyük inam bəsləyir. Ulu Tanrı Sizi və ordumuzu qorusun.

Hörmətlə,
Rüstəmov Fərid Şahlar oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu

 

 

28 sentyabr 2020

Səadət Həsənovadan, Ağcabədi, Azərbaycan
Hörmətli Mehriban xanım.
Sizin ali dəyərlərə söykənən, Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirən, xoş məramlı, geniş ictimai-siyasi fəaliyyətiniz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir və dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Bu məsələdə dövlətin həyata keçirdiyi layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Sizin rəhbərlik etdiyiniz Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan və sentyabrın 15-də istifadəyə verilən şəhər 2 saylı körpələr evi-uşaq bağçası da Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir. Burada geyinib-soyunma, oyun, yataq, tibb otaqları, idman, musiqi zalları fəaliyyət göstərir. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bütün bunlara görə, Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasının kollektivi adından
Səadət Həsənova
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

27 sentyabr 2020

Elşən Səfərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Bildirmək istəyirəm ki, bu gün Sizin apardığınız daxili və xarici siyasətin xalqımız üçün hansı əhəmiyyətə malik olduğu göz önündədir. Bu gün ordumuza və Sizə yüksək inam və etibar var. İstənilən zaman bir əmriniz yetər ki, Azərbaycan gənci əldə silah düşmənə qarşı layiqincə və şərəflə mübarizə aparsın.
Hörmətlə,
Elşən Səfərov
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

27 sentyabr 2020

Fariz Bünyatovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Sizin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışınız Ermənistanın işğalçı ölkə olduğunu bütün dünyanın diqqətinə bir daha çatdırdı. Sizin yürütdüyünüz düzgün xarici siyasətin nəticəsidir ki, Ermənistan bir çox dünya ölkələri tərəfindən işğalçı dövlət kimi tanınır.
Cənab Prezident, Azərbaycan xalqı əmindir ki, işğal altında olan torpaqlarımız Sizin qətiyyətli siyasətiniz nəticəsində azad ediləcəkdir. Biz Ağcabədi gəncləri Sizə minnətdarıq, Sizin hər bir çağırışınıza istənilən an hazırıq.
Hörmətlə,
Bünyatov Fariz Adil oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Pərioğulları kəndi.

 

 

03 sentyabr 2020

Vəkalət Hidayətovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin daxili və xarici siyasətinizi, son dövrlərdə həyata keçirdiyiniz islahatları bəyənir və dəstəkləyirik. Bu gün Azərbaycanın idarəetmə sistemində gənclərə geniş yer verilir, onlara böyük etimad göstərilir. Rəhbəri olduğum ictimai təşkilatın gənc üzvləri bundan ruhlanır və daha fəal olmağa can atırlar.

Cənab Prezident, ölkəmiz çətin bir dövrdən keçir. Pandemiyaya qarşı səmərəli mübarizə tədbirləri görməklə yanaşı, iqtisadiyyatımızın inkişafdan qalmaması üçün mühüm işlər görürsünüz. Bu işlərin dəyəri çox böyükdür. Bir sıra ölkələrin pandemiya dövründə iqtisadi baxımdan necə gerilədiyinə nəzər saldıqda bunu bir daha hiss edirik. Xalqımız üçün gördüyünüz və görəcəyiniz işlərə görə Sizə təşkilatımızın üzvləri adından minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Hidayətov Vəkalət Ərşad oğlu

"Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

 

30 iyul 2020

İsmayıl Həsənovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.

Təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə təhsil sistemi gündən-günə inkişaf edir. Hər il çoxsaylı yeni məktəblərin tikintisi də bu qayğının bir hissəsidir.

Ağcabədi rayonunu Sarıcalı kəndindəki orta məktəb müasir tələblərə cavab verməyən binada yerləşirdi. Kəndimizdəki 360 şagird sayını nəzərə alaraq Sarıcalı kəndində yeni ümumtəhsil binasının tikintisi ilə bağlı imzaladığınız sərəncam həm kənd sakinlərinin, həm də rayon təhsil işçilərinin sevincinə səbəb oldu.

Sizə bütün rayon təhsil işçilərinin adından dərin təşəkkürümüzü bildirir, “çox sağ olun” deyirik.

Hörmətlə,

İsmayıl Həsənov

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

 

23 iyul 2020

Günay Camalxanova və Teyyub Mehdiyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur.

Bu ilin iyun ayında rayonumuza səfərinizdən sonra Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi üçün imzaladığınız Sərəncam biz ağcabədililərə növbəti diqqət və qayğınızın təzahürü olmaqla 14 mindən çox əhalinin böyük sevincinə səbəb olub. Çünki yol rahatlıq, inkişaf deməkdir.

Göstərdiyi yüksək diqqət və qayğıya görə rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Camalxanova Günay Məhərrəm qızı

Mehdiyev Teyyub Miriş oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

22 iyul 2020

Pərviz Quliyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq.

Hörmətlə,

Quliyev Pərviz.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

22 iyul 2020

Göyçək Qasımovadan, Ağcabədi, Azərbaycan

Cənab Ali Baş Komandan.

Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti qəlbən dəstəkləyir və bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm.

Əminəm ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı uğura, zəfərə aparacaqdır.

Hörmətlə,

Qasımova Göyçək Haqverdi qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

22 iyul 2020

Rəna Abdullayevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən yürütdüyünüz siyasət, uzaqgörənliyiniz və qətiyyətiniz ilə fəxr edirəm.

Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Qüdrətli ordumuz aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır.

Cənab Prezident, fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abdullayeva Rəna Məhərrəm qızı.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

21 iyul 2020

Aytəkin Hacıyevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Düşmən üzərində əldə etdiyimiz nəticələr, respublikamızda baş verən bütün proseslər onu deməyə əsas verir ki, üçrəngli bayrağımızın Şuşada, Xankəndində dalğalanacağı gün çox yaxındadır. Azərbaycanımızın bütün vətənpərvər gəncləri kimi, mən də Sizin əmrinizə, Vətənimizin müdafiəsinə hər zaman canımla, qanımla, varlığımla hazıram. İşğalçı Ermənistanla Azərbaycanımızın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə zəfər daim Sizinlə, Azərbaycan xalqı ilə olsun. Uca Tanrı Sizi dövlətimiz və xalqımız üçün hər zaman qorusun.

Dərin hörmətlə,

Aytəkin Hacıyeva

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Köyük kəndi.

 

 

20 iyul 2020

Hikmət Orucovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Düşmən ordusunun Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozması, lakin igid oğullarımız tərəfindən geri oturdulması onlara növbəti dərs oldu. Mənfur qonşularımız susduruldu.

Erməni rəsmilərinin öz itkilərini gizlətməsinə baxmayaraq, ordumuzun onlara vurduğu zərbə nəticəsində verdikləri böyük itkiləri hələ uzun müddət unutmayacaqlar.

Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edirik. Əminik ki, Sizin rəhbərliyiniz, əsgərlərimizin zəfəri ilə torpaqlarımız düşmən tapdağından xilas ediləcək!

Hörmətlə,

Orucov Hikmət Qəsbər oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarvanlar kəndi.

 

 

17 iyul 2020

Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədimizə silahlı müdaxiləsi Azərbaycan xalqını dövlət, xalq və Vətən naminə yenidən ayağa qaldırdı.

Mən ehtiyatda olan əsgər, Qaraxanlı kənd orta məktəbində hərbi hazırlıq müəllimiyəm. Həqiqətən, bu gün xalq ordumuza dəstəkdir. Biz Sizin hər bir əmrinizə müntəzirik.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi, ailənizi, xalqımızı qorusun.

Hörmətlə,

Ələkbərov Nəsimi Ələkbər oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.

 

 

16 iyul 2020

Amil Quluyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Fəxr edirəm ki, düşməni diz çökdürməyə qadir ordumuz var. Sizin və qüdrətli Ordumuzun sayəsində doğma torpaqlarımızda yadelli işğalçılara tutarlı cavab verildi.

Çoxsaylı mübarizələrdən qalib çıxmış qədim, zəngin və mədəni Azərbaycan məmləkətini yağılardan qoruyan əsgərlərimizə dəstək verməyə, işğal altında torpaqlarımızı azad etməyə hər an hazırıq. Bizə qürurlu anlar yaşatdığınıza görə Sizə minnətdarıq.

Hörmətlə,

Quluyev Amil Arif oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaravəlli kəndi.

 

 

14 iyul 2020

Yasin Cəfərovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd yolunun tikintisi üçün vəsait ayrılması barədə Sərəncamınız bizi çox sevindirdi. Buna görə 7 min nəfərdən çox əhalisi olan Avşar kəndinin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Yasin Cəfərov

YAP Avşar ərazi ilk təşkilatının sədri

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Avşar kəndi.

 

 

11 iyul 2020

Nəzrin Əhmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının yayılmasından bir müddət sonra dünyada çox şey dəyişdi. Dünya bu xəstəlik qarşısında əlacsız qaldı.

Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda koronavirusun geniş yayılması nəzarət altına alındı. Bununla yanaşı, ölkədə heç bir sosial layihə dayandırılmadı. Bu dönəmdə qəbul etdiyiniz qərarlarla həm xalqın yanında olduğunuzu bildirdiniz, həm də sübut etdiniz.

Görülən işlərə görə Sizə minnətdarlığımı bildirir, şərəfli işinizdə yeni uğurlar arzulayıram.

Biz birlikdə və Sizinlə güclüyük.

Hörmətlə,

Əhmədova Nəzrin Yaşar qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

10 iyul 2020

Vəsilə Kərimova və Mətanət Quliyevadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ağır pandemiya günlərində apardığınız uzaqgörən siyasət nəticəsində ölkəmizdə virusun yayılma göstəricisi digər MDB və Avropa ölkələri ilə müqayisədə xeyli az olmuşdur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələr virusla mübarizə sahəsində Azərbaycanın təcrübənizi dəstəkləyirlər.

Biz xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən, ölkəsini və xalqını sevən rəhbərimiz var. Xalqın sağlamlığı, sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyünüz işlərə görə Sizə Ağcabədi rayonunun təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kərimova Vəsilə Şükür qızı

Quliyeva Mətanət Seymur qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

08 iyul 2020

Reyhan Ağayevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz.

Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar.

Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq.

Hörmətlə,

Ağayeva Reyhan Mülük qızı

 

 

07 iyul 2020

Vaqif Məmmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə “ASAN Həyat” kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır.

Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Vaqif Cahangir oğlu

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.

 

 

06 iyul 2020

Cavid İsmayılovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizi bu gözəgörünməz düşmənin daha böyük təsirlərindən qorumaqdadır. Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin biz Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin pandemiya ilə mübarizədən alnıaçıq çıxacağına ümidliyik. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir.

Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılov Cavid Arif oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi.

 

 

04 iyul 2020

Gülbikə Məmmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağ məsələsi bizim ən ağrılı yerimizdir. Beynəlxalq təşkilatlar bu məsələyə qarşı biganəlik nümayiş etdirirlər. Bəzən bizi həmin tribunalardan pisləyib gözdən salmaq istəyirlər. Lakin Siz bu məsələdə Azərbaycanın mövqeyini layiqincə təmsil edirsiniz. İyunun 18-də Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınız bizi sabaha daha da ümidləndirdi. Siz Ermənistanın hökumət başçısını susdurdunuz. O deməyə söz tapmadı. Bu düşmən tərəfin haqsız olduğunu bir daha təsdiqlədi. Ulu Tanrının köməyi və Sizin düşünülmüş siyasətinizlə Qarabağ məsələsinin ədalətli həllini tapacağına inanırıq. Biz daim Sizin siyasətinizi dəstəkləyirik. Əyər müharibə olarsa qadın olmağıma baxmayaraq Sizin əmrinizlə torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etməyə daim hazıram.

Dərin hörmətlə,

Məmmədova Gülbikə Əli qızı

Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin müəllimi, YAP fəalı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

03 iyul 2020

Vüsalə Əliyevadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır.

Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq.

Hörmətlə,

Vüsalə Əliyeva

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin fizika müəllimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 iyul 2020


Əli Əhmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Əhmədov Əli Xosrov oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu

 

 

04 iyul 2020

Gülbikə Məmmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağ məsələsi bizim ən ağrılı yerimizdir. Beynəlxalq təşkilatlar bu məsələyə qarşı biganəlik nümayiş etdirirlər. Bəzən bizi həmin tribunalardan pisləyib gözdən salmaq istəyirlər. Lakin Siz bu məsələdə Azərbaycanın mövqeyini layiqincə təmsil edirsiniz. İyunun 18-də Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınız bizi sabaha daha da ümidləndirdi. Siz Ermənistanın hökumət başçısını susdurdunuz. O deməyə söz tapmadı. Bu düşmən tərəfin haqsız olduğunu bir daha təsdiqlədi. Ulu Tanrının köməyi və Sizin düşünülmüş siyasətinizlə Qarabağ məsələsinin ədalətli həllini tapacağına inanırıq. Biz daim Sizin siyasətinizi dəstəkləyirik. Əyər müharibə olarsa qadın olmağıma baxmayaraq Sizin əmrinizlə torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etməyə daim hazıram.

Dərin hörmətlə,

Məmmədova Gülbikə Əli qızı

Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin müəllimi, YAP fəalı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

03 iyul 2020

Ramil Xudayarovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də valideynlərimin mənə danışdığı təssürrratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun “Taxta körpü” ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunmuşdur. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm.

Hörmətlə,

Xudayarov Ramil Famil oğlu

Laçın rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

03 iyul 2020

Vüsalə Əliyevadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır.

Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq.

Hörmətlə,

Vüsalə Əliyeva

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin fizika müəllimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 iyul 2020

Əli Əhmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Əhmədov Əli Xosrov oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu

 

 

01 iyul 2020

Zəminə Kərimovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin cəbhə bölgəsində yerləşən rayonlara, o cümlədən Ağcabədi rayonuna növbəti səfərinizi, bir sıra obyektlərin açılışında iştirak etməyinizi bütün ağcabədililər sevinclə qarşıladılar. Bu səfər bizlərdə böyük məmnunluq hissi yaşatdı. Səfərdən sonra, iyun ayının 4-də Ağcabədi rayonunda sosial layihələrin həyata keçirilməsinə dair imzaladığınız Sərəncamda Sarıcalı kəndində yeni məktəb tikilməsinin nəzərdə tutulması bir kənd sakini, bir müəllim kimi mənim də hədsiz sevincimə səbəb oldu.

Dünyanı lərzəyə salan koronavirus pandemiyası hətta inkişaf etmiş dövlətlərin də sosial layihələrdən imtina etməsinə gətirib çıxarmışdır. Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, səhiyyə sisteminin çevik şəkildə əlaqələndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə, sahibkarlara göstərdiyiniz kömək sayəsində ölkəmiz daha az itkilərə məruz qaldı. Koronavirusla mübarizəyə böyük maliyyə vəsaiti sərf edilsə də, Siz ölkədə ardıcıl olaraq sosial layihələrin həyata keçirilməsini davam etdirirsiniz. Bütün bunlara görə ölkənin bütün əhalisi kimi, Ağcabədi rayonunun əhalisi də Sizi sevir, ulu öndər Heydər Əliyevin layiqli varisi kimi daxili və xarici siyasətinizi dəstəkləyir, beynəlxalq aləmdə söz sahibi olmağınızdan qürur duyuruq. Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Kərimova Zəminə Əli qızı

Müəllim, Yeni Azərbaycan Partiyasının fəalı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarıcalı kəndi.

 

 

01 iyul 2020

Fatma Quliyevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı " ölkələrinin dövlət və hökümət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökümət başçısı susdu, çünki bu həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq.

Hörmətlə,

Quliyeva Fatma Çərkəz qızı

Müəllim və şəhid bacısı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taynaq kəndi.

 

 

30 iyun 2020

Nəriman Orucovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ağcabədi rayonuna növbəti səfəriniz bütün rayon əhalisi kimi, biz gənclərin də böyük fərəh və iftixarına səbəb oldu. Ağcabədi ASAN xidmət mərkəzinin açılışı zamanı gənclərin və könüllərin bir qrupu ilə görüşünüz zamanı gənclərə olan etimadınız və verdiyiniz tövsiyyələr biz gənclərə mayak kimi istiqamət verdi. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Siz də daim gənclərə inanır, bizə qayğı və dəstək göstərirsiniz. Son vaxtlar ölkəmizdə bütün sahələrdə, o cümlədən kadr sahəsində aparılan islahatlar, savadlı, mənəvi cəhətdən təmiz gənclərə etimad göstərilərək məsul vəzifələrə irəli çəkilməsi bunun əyani sübutudur.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri işlərin görülməsi, insanların sosial müdafiəsinin təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Ağcabədi gəncləri adından Sizə təşəkkür edir, titanik fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Orucov Nəriman Mürvət oğlu

YAP Ağcabədi rayon Gənclər birliyinin şura üzvü

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

30 iyun 2020

Bayram İsmayılovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Son bir neçə ayda COVID-19 pandemiyasının dünyanı ağuşuna alması ilə çox şey dəyişdi. Belə bir vaxtda Siz xalqın yanında olduğunuzu həm bildirdiniz, həm də sübut etdiniz. Bildirmək istərdim ki, biz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri tam olaraq dəstəkləyirik. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır və Sizin rəhbərliyinizlə dövlətimiz bunun öhdəsindən uğurla gəlir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan xalqı hər zaman öz Prezidentinin yanıdadır.

Hörmətlə,

İsmayılov Bayram

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

25 iyun 2020

İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının videokonfrans formatında keçirilən Sammitindəki dərin məzmunlu çıxışınızdan qürur duyuruq. Sizin işğalçı Ermənistanın baş naziri Paşinyanı irqçilik mövzusunda atdığı replikaya cavab olaraq tarixi faktlarla susdurmağınız Ağcabədi rayonunun Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, veteranları hədsiz dərəcədə məmnun etdi. Biz bir daha əmin olduq ki, torpaqlarımız Sizin rəhbərliyinizlə yaxın vaxtlarda erməni silahlı qüvvələrinin işğalından tamamilə azad ediləcəkdir.

Hörmətli cənab Prezident, şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı həyatımızda misilsiz rol oynayır. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, vaxtında lazımi tədbirlər görülür. Mən Qarabağ müharibəsi veteranıyam. Müharibədə bir ayağımı itirmişəm. Amma Sizin biz veteranlara olan doğma münasibətiniz mənə bütün ağrılarımı unutdurur. Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər.

Hörmətli Ali Baş Komandan, bizə - Qarabağ müharibəsi veteranlarına, əlillərə, şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Məhərrəmov İsmayıl Əsgər oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.

 

 

20 iyun 2020

Aytəkin Mamedovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Sizə Ağcabədidən yazıram. Sadə bir vətəndaşam. Vətənə layiqli övladlar yetişdirməyi bir vətəndaşlıq borcu hesab edirəm. Necə ki, Siz gördüyünüz işləri təkcə vəzifə borcu kimi yox, həm də vətəndaşlıq borcu kimi həyata keçirirsiniz. Sizə sevgimiz sonsuzdur. Biz anaların istədiyi əmin-amanlıq, sakitlikdir ki, övladlarımızı qorxusuz, sevgi ilə böyüdə bilək. Siz bunu bizə vermisiniz. Ölkəmiz gündən-günə abadlaşır, bütün sahələrdə inkişaf gedir. İnanırıq ki, işğal altında olan torpaqlarımızı da qan tökülmədən, can alınmadan azad etməyə nail olacaqsınız. Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Aytəkin Mamedova

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

18 iyun 2020

Ədalət Hüseynovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident

Paytaxt Bakı, onun rayonları, qəsəbə və kəndləri, eyni zamanda, respublikamızın bütün rayon və kəndləri Sizin böyük diqqət və qayğınız nəticəsində gündən-günə abadlaşır və inkişaf edir. Əhalinin maddi rifah halı getdikcə yaxşılaşır. Bütün bunlar, eləcə də gördüyünüz digər mühüm işlər, beynəlxalq aləmdə böyük siyasi xadim kimi misilsiz şöhrət qazanmağınız milyonlarla azərbaycanlıdan biri kimi, mənim də qəlbimi sonsuz iftixar və qürur hissi ilə doldurur. İşlərinizin çox olduğu bir vaxtda imkan taparaq ölkəmizin müxtəlif bölgələrinə etdiyiniz səfərlər, sadə insanlarla görüşləriniz Sizə ümumxalq məhəbbəti qazandırıb.

Cənab Prezident, belə bir unudulmaz sevinc yaşadığım rayonun əhalisinə də nəsib oldu. İyunun 4-də verdiyiniz Sərəncam Ağcabədi sakinlərinin hədsiz sevincinə səbəb olmaqla hər birimizin qəlbində silinməz izlər buraxıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, Ulu Tanrının bütün arzu və ideyalarınızın həyata keçməsində daim Sizə yardımçı olmasını diləyirəm.

Hörmətlə,

Hüseynov Ədalət Hüseyn oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Avşar kəndi.

 

 

17 iyun 2020

Əli Fətəliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan vətəndaşı kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Koronavirus pandemiyasının başlanğıc mərhələsində ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də, pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Fətəliyev Əli Bayram oğlu, Aran kəndinin poçt şöbəsinin müdiri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

16 iyun 2020

Eldəniz Məmmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Tərtər, Ağdam, Ağcabədi rayonlarına səfəriniz bir daha göstərdi ki, Siz cəbhə bölgəsinə həssaslıqla yanaşır, həmin rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərirsiniz.

Sizin Ağcabədiyə son səfəriniz bir kənd sakini olaraq mənə və bütün ağcabədililərə böyük ruh yüksəkliyi gətirmişdir. Səfər çərçivəsində Ağcabədidə bir sıra obyektlərin, o cümlədən kəndimizin ərazisində yerləşən dənli bitki toxumlarının emalı zavodunun açılışında iştirak etməyiniz gələcəkdə biz fermerlərin yüksək repreduksiyalı toxumlarla təmin olunması və yüksək məhsuldarlıq əldə etməsi üçün böyük təkan olacaqdır.

Bu şəraiti bizə yaratdığınıza görə kəndimizin fermerləri adından Sizə dərindən təşəkkür edir, cansağlığı, uzun ömür diləyirəm. Biz hiss edirik ki, Azərbaycan kəndlisi torpaq sahibidir, arxasında isə onu düşünən dövlət başçısı var. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Eldəniz Ərşad oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Rəncbərlər kəndi.

 

 

16 iyun 2020

Hafiz Atakişiyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuzda “ASAN xidmət” mərkəzinin açılacağı günü səbirsizliklə gözləyirdik. Bir tərəfdən rayon əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yararlanacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Atakişiyev Hafiz.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

12 iyun 2020

İlkin Bəşirovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir. Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.

Cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bu gün gəncliyimiz ölkəmiz Azərbaycan kimi azaddır, müstəqildir və xoşbəxtdir. Gördüyünüz bütün bu işlərə, eləcə də apardığınız uzaqgörən siyasətə görə Ağcabədi gəncləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Hörmətlə,

Bəşirov İlkin Seyid oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

12 iyun 2020

Səbinə Abbasovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyada böyük bəlaya çevrilən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində tərəfinizdən vaxtında görülən tədbirlər məni çox sevindirir. Görülən işlər, əhaliyə göstərilən diqqət və qayğı ölkə sakinlər tərəfindən də rəğbətlə qarşılanır. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Bizə dəstəyiniz məni çox qürurlandırır. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar, insanlar əvvəlki yaşayış tərzinə qayıdarlar.

Bu çətin zamanda xalqla birlikdə olduğunuza görə Sizə təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abbasova Səbinə Əli qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

11 iyun 2020

Anar İsmayılovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən orta yaşlı nəslin nümayəndəsiyəm. Uzun illərdir dünyada və ölkəmizdə gedən prosesləri dərindən izləyir, təhlil edirəm. Böyük dövlətlər demokratiya adı altında iqtisadi və siyasi maraqları naminə kiçik dövlətlərə təzyiq göstərir, onları iqtisadi cəhətdən asılı salır, problemlərə ikili standartla yanaşırlar. Azərbaycan cəmi 10 milyon əhalisi olan kiçik ölkə olsa da, böyük dövlətlərin siyasi oyunları, bəzi beynəlxalq təşkilatların qeyri-obyektiv münasibət göstərməsinə baxmayaraq, güclü, qətiyyətli Prezidenti, xalqını sevən güclü Lideri və xalq tərəfindən sevilən ölkə başçısı var.

İyunun 3-də cəbhəyanı regionlara səfəriniz məndə qürur hissi oyatdı və bu qənaətə gəldim ki, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin Sizin rəhbərliyinizlə həll olunacağı gün uzaqda deyil. Ağcabədi rayonunda açılışında iştirak etdiyiniz “ASAN həyat” mərkəzinin, Aşağı Avşar kəndi ərazisində inşa edilən 110 /35/10 kilovoltluq yarımstansiyanın, Ağcabədi şəhərində su və kanalizasiya sisteminin istifadəyə verilməsi böyük investisiya tutumlu layihələrdir. Bütün bunlara görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

İsmayılov Anar Asif oğlu, Ana Vətən Partiyası Ağcabədi rayon təşkilatının sədri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

11 iyun 2020

Əli Bədəlovdan, Ağcabədi, Azərbaycan

Cənab Prezident.

Həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq.

Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu.

Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Bədəlov Əli Mehdi oğlu, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.

 

 

11 iyun 2020

Eldəniz Qənbərovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağcabədi rayonunun Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun, eləcə də Sarıcalı kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədar tədbirlər haqqında imzaladığınız sərəncamlar biz - ağcabədililərin ürəyincədir və bizi çox sevindirir. Qədirbilən Azərbaycan xalqı Sizin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirir. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində üçrəngli bayrağımız hər zaman yüksəklərdə əzmlə dalğalanır. Azərbaycanımızı istəməyən qüvvələr isə həmişə müdrik Heydər Əliyev siyasi kursu qarşısında çıxılmaz, gücsüz vəziyyətə düşürlər.

Azərbaycan xalqı üçün gördüyünüz bu müdrik işlərinizi ürəkdən bəyənir, alqışlayır və bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq. Uca Tanrı həmişə köməyiniz olsun və Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Qənbərov Eldəniz Surxay oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

10 iyun 2020

Emin Əlizadədən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Hər zaman var olasınız!

Hörmətlə,

Əlizadə Emin Əyyub oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

10 iyun 2020

Tavad Azadovadan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdür. Görülən bu işlər xalqımız, o cümlədən ağcabədililər tərəfindən minnətdarlıqla qarşılanır. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin arxasındadır.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Biz həmişə Sizinləyik, əziz Prezidentimiz.

Hörmətlə,

Azadova Tavad Yusif qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Rəncbərlər kəndi.

 

 

09 iyun 2020


Səbuhi Atakişiyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu.

Cənab Prezident, bu həssas dönəmdə xalqla həmrəy olduğunuza, ən başlıcası isə Ağcabədi rayonuna yeddinci dəfə səfər etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Rayonumuzda "ASAN xidmət" mərkəzinin açılışında könüllülər qarşısında məzmunlu çıxışınızı yüksək dəyərləndiririk. Biz gənclər hesab edirik ki, Sizin Qarabağ torpaqlarına hər gəlişiniz bizi işğal edilmiş ərazilərimizin geri qaytarılmasına səsləyir.

Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Biz Sizə inanır, güvənir və arxalanırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Atakişiyev Səbuhi Valeh oğlu, Ağcabədi Pedaqoji Kollecinin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Cəfərbəyli kəndi.

 

 

09 iyun 2020

Nabat Yusifovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm.Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan təlafatını gördükcə bu narahatçılıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi təlafatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi.

Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.

Hörmətlə,

Yusifova Nabat Yusif qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

05 iyun 2020

Məlahət Tağıyevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Amma Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu. Koronavirus epidemiyası bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizin də iqtisadiyyatına, maliyyə sisteminə öz təsirini göstərdi. Ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər həm iqtisadiyyatın, həm də maliyyə sisteminin bu vəziyyəti böhransız adlamasına şərait yaratdı. Dünyanın nəhəng dövlətlərinin pandemiya qarşısında aciz qaldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar sayəsində biz bu gün öz həyatımızı böyük arxayınlıq və rahatlıq içərisində yaşayırıq.

Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınıza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Ölkə əhalisinin rahatlığı və sağlamlığı naminə yürütdüyünüz siyasətə, verdiyiniz hər bir qərarda, ilk növbədə, xalqın rifahını düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Tağıyeva Məlahət İsa qızı, Ağcabədi şəhəri Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

04 iyun 2020

Ülviyyə Cəbrayılovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələrdir.

Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik.

Hörmətlə,

Cəbrayılova Ülviyyə Cəbrayıl qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

29 may 2020

Cənab Prezident, Sizi salamlayır və dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə öncədən görülən tədbirlərə görə dərin təşəkkürümü bildirirəm.

Bu çətin günlərdə xalqın yanında olmağınız, vaxtında və yerində görülmüş tədbirlər Sizin böyük liderliyinizin əyani sübutudur. Tez bir zamanda tibbi maska istehsalı müəssisəsinin işə salınması, "Yeni klinika" tibb müəssisəsinin pandemiyaya yoluxmuş xəstələrin müalicəsi üçün istifadəyə verilməsi dövlətimizin qüdrətindən və ona xalqına əvəzsiz bir sevgisi olan, hər sahədə dərin biliklərə malik bir liderin rəhbərlik etməsindən xəbər verir. Dünyanın super dövlətlərində belə böyük fəlakət və itkilərə səbəb olan bu amansız pandemiya dövründə vaxtında düşünülmüş və görülmüş tədbirlər nəticəsində respublikamızda həmin dəhşətlər yaşanmadı. Bu ağır zamanlarda Siz bir neçə cəbhədə mübarizə aparırdınız - həm COVID-19, həm xarici düşmənlər, həm daxildə olan xainlər və s. Cənab Prezident, Siz tək deyilsiniz, bizlər Sizinləyik, Sizin uğurlu siyasətin arxasındayıq, qüdrətli dövlətimizin yanındayıq! Biz birlikdə güclüyük!

Hörmətli,

Paşayev Mahir Mail oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

 

14 may 2020


Nurlan Hacızadə və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çox yüksək səviyyədə təşkil edilib. Statistik göstəricilərə əsasən ürəklə demək olar ki, tərəfinizdən qəbul edilən mükəmməl qərarlar müsbət nəticəsini verdi.

Xalqımızın bu qayğılı günlərdə dövlət tərəfindən gördüyü diqqət və qayğı sübut edir ki, Siz hər birimizin Prezidentisiniz.

Siz aztəminatlı ailələri və sahibkarları da diqqət mərkəzində saxladınız. Bütün bunlara görə Sizə “Çox sağ olun!” deyir, minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hacızadə Nurlan

Sultanov İnşallah

Səfərov Mənsur

Ələkbərov Nəsimi

Qasımov Xəyyam.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

14 may 2020


Azər Bayramovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Bu infeksiya dünyanın ən qüdrətli ölkələrində ciddi tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu bir daha nümayiş etdirir, xalqımızı qürurlandırır.

Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarliğımı bildirirəm.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bayramov Azər Çingiz oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

 

04 may 2020


Fəxri Əsədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirdi. Müdrik siyasətiniz və bütün uzaqgörən addımlarınız Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısını aldı. Sahibkarlara və işsiz vətəndaşlara verilən dəstək proqramları onu göstərir ki, Siz Prezident seçilərkən verdiyiniz sözə sadiq qalaraq hər bir Azərbaycan vətəndaşının yanındasınız. Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün bir nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük.

Hörmətlə,

Əsədov Fəxri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 may 2020

Ədalət Quliyev və Adil Əhmədovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,

“Taclı virus” adlandırılan COVID-19 infeksiyası dünyanın bir çox inkişaf etmiş ölkələrini acı böhranlara qərq etdi. Ancaq Sizin qətiyyətiniz sayəsində ölkəmizdə görülən tədbirlər uğrayacağımız ümumi zərərin minimuma endirilməsi üçün münbit şərait yaratdı. Siz əməli fəaliyyətinizlə hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etdiniz.

Bu mübarizə bir daha göstərdi ki, Siz Ulu Öndərin layiqli varisi olmaqla bərabər, bugünkü Azərbaycanın əsl Lideri, etibarlı rəhbərisiniz.

Bu günlərdə dövlətimiz xalqın hərtərəfli qayğısına qalır, vətəndaşların rifahı və sağlamlığı naminə əlindən gələni əsirgəmir.

Bütün bu işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Quliyev Ədalət

Əhmədov Adil

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

02 may 2020

Şəkura Kərimovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Biz Azərbaycan xalqı olaraq daim çətin dövrlər və çətin həyat yaşamışıq. Ölkəmizin başıbəlalı günlərində uca Allah ölkəmizə bir dahi Lider gətirərək bizə köməyini göstərib.

Cənab Prezident, biz bilirik ki, bu gün bütün dünyanın baş bəlasına çevrilən COVID-19-dan xilas olmaq üçün bütün dünya ölkələri mübarizə aparır. Mən sadə bir Azərbaycan vətəndaşı olaraq uca Allaha şükürlər edirəm ki, belə bir bəlaya düçar olduğumuz zamanda Sizin kimi uzaqgörən və xalqına sıx bağlı olan bir Prezidentimiz var. Bəli, Siz uzaqgörən siyasətiniz sayəsində Azərbaycan xalqını bu xəstəlikdən ustalıqla müdafiə edirsiniz. Bu fədakarlığınızı görəndə qürur hissi keçirtməmək olmur.

Hörmətli Prezident, bizə göstərdiyiniz istər humanitar, istərsə də mənəvi dəstəyinizə görə, Sizə minnətdarlıq etməyi vətəndaşlıq borcu olaraq görür və dərin minnətdarlığımızı bildiririk.

Hindarx qəsəbəsinin sakinləri adından hörmətlə,

Kərimova Şəkura.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

30 aprel 2020

İqbal Abdullayevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.

Cənab Ali Baş Komandan, şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun ailəsi Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir.

Hörmətlə,

Abdullayev İqbal Vahid oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Avşar kəndi.

 

 

26 aprel 2020

Zərifə Cəfərzadədən, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

Mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram.

Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.

Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.

Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk.

Hörmətlə,

Cəfərzadə Zərifə Qaraxan qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

25 aprel 2020

Taryel Əsədovdan, Ağcabədi, Azərbaycan
Əziz Prezidentimiz.

Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində ölkələri ağuşuna alan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Bir Lider olaraq “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq halında birləşdirdiniz. Bunun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətimizi düşünərək bir-birinə dəstək olur. Yaşı 65-də yuxarı 176 məhbusun əfv edilməsi, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, yaşı 65-dən yuxarı olanlara evlərində xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.

Cənab Prezident, bütün bunlara görə, rayon ağsaqqalları adından Sizə təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik.

Dərin hörmətlə,

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əsədov Taryel Məmməd oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

25 aprel 2020

Nigar Muradovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq, ölkəmizə rəhbərlik etdiyiniz dövrdən xalqımız Sizin qayğınızla hər an, hər sahədə əhatə olunub. Bizim qürurumuzsunuz!

Möhtərəm cənab Prezident, artıq neçə vaxtdır dünyanı cənginə almış koronavirus pandemiyasi ilə əlaqədar Sizin ölkəmizdə aparılan qabaqlayıcı tədbirləriniz bizim üçün fəxrdir. Əminik ki, qısa zaman kəsiyində Sizin qayğınız, mərhəmətli həkimlərimiz sayəsində birlikdə bu bəladan hifz olacağıq, İnşallah.

Biz ziyalılar Azərbaycanımızın gələcəyini Sizinlə görürük. Biz birlikdə güclüyük.

Hörmətlə,

Muradova Nigar Aqil qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

24 aprel 2020

Səxavət Abdullayev və başqalarından, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

“Taclı virus” adlandırılan COVID-19 infeksiyası bu gün planeti narahat edir. Ancaq şübhə yoxdur ki, müxtəlif ölkələrdə insanların bu narahatlığı müxtəlif dərəcədədir. Mətbuatdan, internet resurslarından oxuyur və bilirik ki, bir sıra ölkələr bu virusla mübarizədə hələ də çıxılmaz vəziyyətdədir. Həmin ölkələrin vətəndaşları təbii ki, indi daha ağır günlər keçirir. Bizim ölkəmiz isə sanki bu infeksiyaya qarşı çox etibarlı və dayanıqlı qalxan tutub. Yoluxma və ölüm hallarının aşağı səviyyədə olması bunu deməyə əsas verir. Biz bütün bunları görür və özümüzdə rahatlıq tapırıq. İndiki çətin dövrdə əlbəttə ki, bunun dəyəri çox böyükdür.

Əziz Prezidentimiz, Ulu Tanrı Sizi hər bir arzu-muradınıza çatdırsın, ölkəmiz üçün gördüyünüz işlərin qarşılığını Sizə artıqlaması ilə nəsib etsin.

Hörmətlə,

Abdullayev Səxavət Cahid oğlu

Bağırov Emil Musa oğlu

Bağırov Musa Tərxan oğlu

Salmanov Ələmdar Qurban oğlu

Azadov Eldar Qaçay oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

20 aprel 2020

Fərhad Quliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Bu gün dünyanı cənginə alan koronovirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız, eyni zamanda, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi çox sevindirir. Sizinlə qürur duyuruq. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.

Əziz Prezidentimiz, Siz dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək, ölkəmizi sürətli inkişaf yoluna çıxardınız. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi xalqımız tərəfindən bəyənilir və müdafiə olunur.

Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Quliyev Fərhad Bakir oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndi.

 

 

19 aprel 2020

Jalə Qurbanlıdan, Ağcabədi, Azərbaycan
Cənab Prezident.

Xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.

Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram.

Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik.

Hörmətlə,

Qurbanlı Jalə Aqil qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.

 

18 aprel 2020

Vüqar Əliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası ilə mübarizədə daim xalqımızı düşündüyünüzə, vətəndaşlara hərtərəfli kömək göstərdiyinizə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Fəxr edirəm ki, xalqını sevən, millətinə bağlı, ölkəsinin qüdrətini daha da artıran əvəzolunmaz liderimiz var.

Xalqımız üçün etdikləriniz bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Biz Sizin varlığınızdan güc və qüvvət alırıq. Allah da Sizə güc-qüvvət versin. Əminik ki, Sizin sayənizdə bütün çətin günlər arxada qalacaq.

Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.

Hörmətlə,

Əliyev Vüqar Əyyub oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

15 aprel 2020

Natiq Əlişovdan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

  Dünyada geniş yayılmış yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcəkdir. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri sahəsində imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni fabriklər göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaqdır. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun.

Dərin hörmətlə,

Əlişov Natiq İbrahim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

09 aprel 2020

Mehdi Axundov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünya iqtisadiyyatının tənəzzül dövrü yaşadığı bir vaxtda vətəndaşlara, xüsusilə məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı əsl fədakarlıq nümunəsidir. Qəbul etdiyiniz qərarlar, verdiyiniz sərəncamlar sayəsində insanlar yaranan problemlərin öhdəsindən asanlıqla gəlirlər.

Belə qayğılı günlərdə bir qrup məcburi köçkünün evlə təmin olunması sevincimizə səbəb oldu. Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, müstəqil Azərbaycanımızın inkişafı naminə işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Axundov Mehdi

Məmmədov Maqsud

Şirinov Səbuhi

Rüstəmov Vidadi

İmranov Əli - Laçın rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.

 

 

08 aprel 2020

Əbdüləli Əhmədov və Altay Rüstəmovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.

Siz məcburi köçkünlərə daim diqqət və qayğı göstərirsiniz. Bunun sayəsində bu kateqoriyadan olan insanlar çox çətin vəziyyətdən xilas olublar.

Bizim və ailələrimiz üçün ən sevindirici hadisələrdən biri Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə mənzillə təmin edilməyimiz oldu. Buna görə ailələrimiz adından şəxsən Sizə və birinci xanım Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk.

Arzu edirik ki, Laçın tezliklə işğaldan azad olunsun, Sizi və ailə üzvlərinizi doğma yurdumuzda qonaq qarşılayaq.

Hörmətlə,

Əhmədov Əbdüləli Surxay oğlu

Rüstəmov Altay Xeyrulla oğlu, Laçın rayonundan olan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

06 aprel 2020
Zəhra İbrahimova və Minayə Əkbərovadan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Yeni tip koronovirus pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə aparılan qabaqlayıcı və təxirəsalınmaz tədbirlər bütün ölkə əhalisi kimi biz ağcabədililər tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Bu sahədə görülən tədbirlər, xüsusən dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsi olan Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həmçinin "Yeni klinika" tibb müəssisəsinin açılışındakı çıxışınız bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalır, onun sağlamlığını hər şeydən üstün tutursunuz. Görülən işlər Sizin müdrik və uzaqgörən siyasətinizin bariz nümunəsidir.

Bu işlərin davamı olaraq rayonumuzda da mühüm işlər görülür, mütəmadi olaraq avtomobil yollari, səkilər, yaşayış binaları və həyətlər dezinfeksiyaedici məhlullarla yuyulur, aztəminatlı ailələrə və tənha yaşayan vətəndaşlarımıza müxtəlif yardımlar olunur, sosial xidmətlər göstərilir.

Həyatımız üçün ciddi təhlükə olan koronovirusa qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının yanında olduğunuza görə rayon sakinləri adından Sizə öz təşəkkürümüzü bildiririk.

Sizinlə qürur duyuruq, cənab Prezident.

Hörmətlə,

İbrahimova Zəhra, əməkdar müəllim

Əkbərova Minayə

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

 

Əlizadə Nəcəfovdan, Ağcabədi, Azərbaycan
Çox hörmətli Prezidentimiz.

Son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.

Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.

Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, İnşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacağıq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir.

Dərin hörmətlə,

Nəcəfov Əlizadə, tarix üzrə fəlsəfə doktoru, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

 

 

Qafar Həşimovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində insanların maddi rifahı günü-gündən yaxşılaşır, kəndlərimiz abadlaşır, yeni yollar, qaz və su xətləri çəkilir, meliorasiya sahəsində böyük işlər görülür.

Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən tədbirlər nəticəsində digər regionlarımızda olduğu kimi, Ağcabədidə də kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait var.

Biz Ağcabədinin Boyat kəndində yaşayırıq. Kəndi içməli su ilə təmin edən artezian quyusunun işlək vəziyyətdə olmamasından 600 sakin əziyyət çəkirdi. Müraciətimiz əsasında qısa müddət ərzində artezianın təmir edilməsi kəndimizin əhalisinin sevincinə səbəb oldu.

Cənab Prezident.

Biz kənd adamlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə kəndimizin sakinləri adından öz minnətdarlığımızı bildiririk.

Sizə uzun ömür, cansağlığı, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz işlərdə uğurlar diləyirik.

Hörmətlə,

Həşimov Qafar

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.

 

Vüqar Əliyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.

Siz uzaqgörən siyasətinizlə xalqın böyük məhəbbətini qazanmısınız. Siyasi arenalarda öz sözünüzü qətiyyətlə deməyiniz bu məhəbbəti daha da gücləndirir, xalqın sabaha inamını artırır.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablar, faktlara əsaslanan çıxışınız bütün vətəndaşları, o cümlədən mənim ailəmi sevindirdi və qürurlandırdı. Azərbaycan xalqının ürəyi həmin anlarda Münxendə döyünürdü.

Siz xalqın tükənməyən alqışlarına layiqsiniz, cənab Prezident.

Biz Sizinlə fəxr edirik. Əminik ki, Sizin rəhbərliyinizlə hələ çox qələbələr qazanacaq, bayrağımızı Qarabağın bütün guşələrində dalğalandıracağıq.

Çox sağ olun, cənab Prezident.

Dərin hörmətlə,

Əliyev Vüqar Əyyub oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

Keçidlər