Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

 

      Ağcabədi şəhər Heydər Əliyev prospekti 217 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin təməli 15 iyun 2006-cı il tarixdə qoyulmuşdur. 01 fevral 2007-ci ildə istifadəyə verilmişdir. 17 yanvar 2008-ci ildə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın Ağcabədiyə ilk  səfəri zamanı rəsmi açılışı olmuşdur.  2007-ci ildən 2012-ci ilin fevral ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərmişdir. Heydər Əliyev Muzeylərinin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq 01 fevral 2012-ci il tarixdən Muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Mərkəzin sahəsi 665.2 m2, həyətyanı sahəsi isə 897.2 m2-dir. Mərkəz 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci və ikinci mərtəbəsində mövcud olan otaqların sayı 12-dir. Üçüncü mərtəbədə isə sahəsi 269 m2 olan 2 ekspozisiya zalı var.

 

                                          İNFORMASİYA VASİTƏLƏRİ

  1. www. haydaraliyevcenter.wordpress.com

          (blog 2015-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlamışdır ki, burada Mərkəzin gündəlik fəaliyyəti, mərkəz haqqında məlumatlar, mühazirələr və digər məlumatlarla yanaşı mərkəzin bütün eksponatlarının siyahısı yer almışdır)

  1. http://fb.com/HeydarAliyevCenter.

           (sosal şəbəkədə Mərkəzdə gündəlik keçirilən tədbirlər,ekskursiyalar,sərgilər və digər məluatlar yer alır)

  1.  “Ağcabədi rayon Heydər Əliyev Mərkəzi”  adlı “youtube” kanalı
  2. heydaraliyev-centers.az/aghjabadi/ informasiya portalı

(2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yaradılmışdır. Mərkəzdə keçirilən gündəlik tədbirlərin xəbərləri yerləşdirilir)

  1. museums.com.az  (Portalda Mərkəzin eksponatları elektron fomatda yer alıb)
  2.  

                GƏNC HEYDƏRÇİLƏR QRUPU

 

     Ümumi Lider Heydər Əliyevin həyatının və siyasi irsinin öyrənilməsi məqsədilə 2012-ci il tarixdən etibarən Ağcabədi şəhər ümumtəhsil məktəblərində “Gənc Heydərçilər” qrupları yaradılmışdır. Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ümumrayon orta məktəblərində fəaliyyət göstərən “Gənc Heydərçilər” qruplarında mütəmadi olaraq mühazirələr keçirilir, qrup üzvlərinin iştirakı ilə müsabiqələr təşkil olunur. Qeyd edək ki,hər bir məktəbdəki qrupların 15 nəfər üzvü var.

 

TƏDQİQAT QRUPU

          Heydər Əliyevin Ağcabədiyə səfərlərinə dair materialların və digər mühüm eksponatların toplanması üçün Mərkəzin nəzdində 17 nəfərdən ibarət Tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupunun iştirakı ilə Heydər Əliyev ilə bağlı 43 ədəd  foto, 2 ədəd disk, 1 ədəd Heydər Əliyevin 1982-ci ildə Ağcabədiyə səfəri ilə bağlı kinolent  əldə olunmuşdur. Heydər Əliyevin Ağcabədiyə etdiyi bütün səfərlərinə dair fotoşəkillər  AzərTac-ın arxivindən  əldə edilmişdir. Bundan əlavə, həmin səfərlərdən bəhs edən qəzetlər M.F.Axundov adına Milli kitabxananın arxivindən  əldə edilərək surətləri  çıxarılmışdır.

 

         KURSLAR

 

        Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 2012-ci ildən etibarən “Tikiş”, “Toxuculuq”,  “Rəsm”, “Rəqs”, “Maraqlar üzrə əl işləri” və “Xalçaçılıq” kursları fəaliyyət göstərir ki, hər il ümumilikdə 200-dən artıq uşaq, gənc və orta yaşın nümayəndələri bu kurslarda müxtəlif peşə və bacarıqlara yiyələnirlər.

 

        Rəsm kursu . Kurs 2012-ci ildə yaradılmışdır. Rəsm kursu ən çox maraq göstərilən kurslardandır. Kurs üzvlərinə rəssamlığın sirləri öyrədilir. Üzvlərin rəsm əsərləri bir çox tədbirlərdə,sərgilərdə nümayiş etdirilir.Rayonda təşkil edilən bir sıra müsabiqələrdə qalibiyyət əldə ediblər. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi müsabiqədə isə kursun bir üzvü diploma layiq görülüb.Ötən tədris ilində kursun iki üzvü.......

Dərs həftənin 5-ci günü saat 14-00  başlayır .

 

Tikiş kursu.Kurs 2012-ci ildə yaradılmışdır. Tikiş kursunda üzvlər dərzilik peşəsinə yiyələnirlər.Bu baxımdan kursun mahiyyəti böyükdür. Bu günə qədər xeyli sayda qadın dərzilik peşəsinə sahiblənərək müstəqil şəkildə bu işlə məşğul olmağa başlayıb. İldə iki dəfə olmaqla müəyyən rayon tədbirlərində kurs üzvlərinin hazırladığı yeni geyimlərdən ibarət moda nümayişləri keçirilir.

Dərs vaxtı həftənin 2-ci günü, saat 15-00

Toxuculuq kursu Kurs 2014-cü ildə yaradılmışdır.Toxuculuq kursunda mil və milçə ilə toxuculuğun sirləri öyrədilir. Təkcə geyimlər deyil,eyni zamanda müxtəlif toxunma əl işləri də hazırlanır.Qeyd edək ki,xanımlar arasında toxuculuğa da böyük maraq vardır.

Dərs vaxtı həftənin 4-cü günü,saat 15-00

 

Maraqlar üzrə əl işləri kursu. Kurs 2015-ci ildə yaradılmışdır. Bu kursda müxtəlif texnika ilə suvenirlərin,əl işlərinin hazırlanması yolları öyrədilir.Daha çox məktəblilərin maraq dairəsində olan bu kursda bacarıqlı gənclər yetişməkdədir. Kurs üzvlərinin əl işləri rayon tədbirlərində təşkil olunan sərgilərdə böyük maraq doğurur.

Dərs vaxtı həftənin 5-ci günü,15-00

 

Xalçaçılıq kursu. Kurs 2012-ci ildə yaradılmışdır.Qədim xalçaçılıq sənətimizi yaşatmaq məqsədilə yaradılan bu kursda gənc xanımlara xalçaçılıqla bağlı məlumatlar verilir, kiçik xalçaların toxunması,qədim naxışların vurulması öyrədilir.

Dərs vaxtı həftənin 6-cı günü,saat 09-30

 

Rəqs kursu.Kurs 2017-ci ildə yaradılıb. Rəqs kursunda 6 yaşdan 12 yaşadək uşaqlar rəqslə məşğul olurlar.Kursda milli və eləcə də xarici rəqslər öyrədilir. Kurs üzvləri kütləvi rayon tədbirlərində də fəal iştirak edir,bir-birindən maraqlı və gözəl rəqslər nümayiş etdirirlər.

Dərslər həftənin 1-ci, 2-ci, 3-cü və 4-cü günləri saat 14-00-da başlayır.

Keçidlər