Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış qaydaları

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2013- cü ildə görülən işlərin hesabatı

    Ağcabədi Rayon İcra Hakimiyyəti 2013-cü il ərzində  “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidentinin  5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”na müvafiq olaraq etik mövzuları əhatə edən etika   məsələləri  üzrə tədris və  treninqlərin  həyata keçirilməsi sahəsində xeyli işlər görmüşdür.
   Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”na müvafiq olaraq RİH-nin illik iş planı tərtib olunmuş və icrası nəzarətə götürülmüşdür.  Rayon İcra hakimiyyəti tərəfindən RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
Eyni zamanda dövlət qulluqçularından gözlənilən  davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır.
    Аğcabədi rayon İcra Hakimiyyətinin  İş planına əsasən  İcra Hakimiyyəti Başçısı aparatının , inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ,rayonun müvafiq idarə,müəssisə və təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi,оnların fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən  müraciətlərə operativ və qısa гыса müddət
ərzində  baxılması  məqsədi ilə əməli tədbirlər həyata keçirilmişdir.
     Bütün bunlarla yanaşı təşkil olunmuş treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və  dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmişdir.
     Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə  təşkil olunmuş treninqlərdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin və Məhkəmə, Prokurorluq orqanlarının rəhbərlərinin mühazirələri dinlənilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun  məqsəd və mahiyyəti, prinsipləri və  qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir.
    Bütün bunlarla yanaşı vaxtaşırı rayonda məlumat mənbəyi kimi “Aran” qəzetindən istifadə olunaraq ictimaiyyətin etik davranış qaydaları barədə məlumatlandırılması işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayət etmə imkanlarının genişləndirilməsi sahəsində tədbirlər görülmüşdür.  Müvafiq fəaliyyət planına uyğun olaraq rayon rəhbərliyinin ictimaiətin iştirakı ilə təşkil etdiyi tədbirlər, aparılan müzakirələr və illik hesabatlar rayon İcra Hakimiyyəti aparatının mövcud internet səhifəsində  yerləşdirilərək bu barədə əhalinin  məlumatlandırılması təmin olunmuşdur.
    Dövlət orqanların fəaliyyəti sayəsində həmin tədbirlər  həmin orqanların işinin  təkmilləşdirilməsinə, onların  fəaliyyətində peşəkarlığın,hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmişdir.Bununla yanaşı, Dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi, bu orqanların fəaliyyətinin  müasir tələblərə  uyğun qurulması və   səmərəliliyinin artırılması məqsədi ilə Dövlət qulluğunun bütün  bütün sahələrinə qəbul  Azərbaycan Respublikası  Prezidentinin 24 iyun  2009-cu il tarixli  108 saylı Fərmanı ilətəsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə  vasitəsi ilə qəbul qaydalarına müvafiq həyata keçirilmişdir.. Aparılmış islahatlar nəticəsində RİHB aparatında və RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bütün ştatlara ali təhsili kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq başa çatdırılmışdır.
   Мəsələ ilə əlaqədar   Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan vakant vəzifələr üzrə  dövlət qulluğuna qəbul üçün  vakant vəzifələrin siyahısı mütəmadi olaraq  Azərbaycan Respublikası  Prezidenti yanında  Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya təqdim olunur. Eyni zamanda komissiya tərəfindən tərtib olunmuş vakant vəzifələrin siyahısı rayonun kütləvi informasiya vasitələrində dərc olunaraq ictimaiyyətə açıqlanır. Beləliklə, Dövlət qulluğuna ixtisaslı və peşəkar kadrların işə götürülməsi işi müvəfiqiyyətlə həyata keçirilir.
   Bütün bunlarla yanaşı İş planına uyğun olaraq dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə  dövlət qulluqçularının ixtisasartırma üzrə  ehtiyaclarının müəyyən edilərək onların müvafiq kurslara  və treninqlərə cəlb edilməsi təmin edilir.
  Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur və etik davranış qaydalarına əməl olunmasına nəzarət “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.Onu da qeyd etmək lazımdır ki, rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə görülən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2013-cü il ərzində hər hansı şikayət daxil olmamışdır.
   Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin  5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”nın 10.1-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 may 2007-ci il tarixdə imzalanmış  “Dövlət qulluqчularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun bilavasitə fəsilləri və maddələri rəhbər tutularaq 2013-cü il üçün tərtib olunmuş tədbirlər planı il ərzində icra edilmiş və eyni zamanda 2014-cü ci il üçün müvafiq iş planı hazırlanaraq, etik davranış məsələləri üzrə tədris və treninqlərin davam etdirilməsi və İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət föstərən Şura iclasında müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur.
    Аğcabədi Rayon İcra Hakimiyyəti  tərəfindən Azərbaycan Respublikasının Prezidentinin  5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qаrşı  mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli  Fəaliyyət Planı”nın və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn bütün vəzifələr бундан сонра da tərəfimizdən mütəmadi olaraq icra ediləcəkdir.

Keçidlər