Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Ağcabədi rayonunun ərazisi 1756 kv .km, əhalisi 133 459 min nəfərdir. 1 şəhər , 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən ibarətdir.
    Sənayesinin əsasını pambığın ilkin emalı və süd məhsullarının istehsalı sahələri təşkil edir.
    Ağcabədi rayonu ən iri kənd təsərrüfatı rayonlarından biridir .Rayonda taxılçılıq, pambıqçılıq, heyvandarlıq daha çox üstünlük təşkil edir.
     2016-cı ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 278.755.4 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 13.8 faiz, 2005-ci ilə nisbətən 4,4 dəfə çox olmuşdur. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 93,6  faiz  təşkil etmişdir
    İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 2016-cı ildə sənaye üzrə 15.018.7 min manat olmuş, 2015-ci ilə nisbətən 18.6 faiz, 2005-ci ilə nisbətən 11.8 dəfə, kənd təsərrüfatı üzrə 152.634.2 min manat olmuş, 2015-ci  ilə nisbətən 10.4 faiz, 2005-ci ilə nisbətən 3.3 dəfə,  tikinti üzrə 39.390.3 min manat olmuş 2015-ci  ilə nisbətən 42.9 faiz, 2005-ci ilə nisbətən 12.0 dəfə, nəqliyyat üzrə 5658.2 min manat olmuş, 2015-ci  ilə nisbətən 4.7 faiz, 2005-ci ilə nisbətən 2,7 dəfə, rabitə üzrə 758.0 min manat olmuş, 2015-ci  ilə nisbətən 8.5 faiz, 2005-ci ilə nisbətən 2,8 dəfə, ticarət üzrə 62.296.2 min manat , 2015-ci  ilə nisbətən 8.0 faiz, 2005-ci ilə nisbətən isə 6.7 dəfə cox olmuşdur.
   2016-cı ildə rayonda 2987 yeni iş yeri açılmışdır ki, bunlardan da 1494-ü daimi iş yeridir. Son 10 ildə rayonda 31487 yeni iş yeri açılmışdır ki, bunlardan da 14439-u daimi iş yeridir.
    Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və elektrik verilişi xətlərini özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması sahəsində müəyyən işlər görülmüş, 35/10 kv-luq Şotlanlı yarımstansiyası 110/35/10 kv-luq yarımstansiyasına çevrilmiş, 10 MVA transformator 25 MVA transformatorla, 110/35/10 kv-luq Ağcabədi yarımstansiyasında 25 MVA transformator 63 MVA transformatorla, 35/10 kv-luq Qış yatağı yarımstansiyasında 4 MVA transformator 6,3 MVA transformatorla, Ağcabədi-2 yarımstansiyasında 6,3 MVA transformator 10 MVA transformatorla əvəz edilmişdir. Rayon mərkəzində 5,5 km elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmuş, 540 ədəd SMART tipli sayğac quraşdırılmışdır.
   Ağcabədi şəhərində mövcud qazanxanaların modernləşdirilməsi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasının, 5 saylı uşaq bağçasının, şəhər  tam orta məktəblərinin daxili istilik sisteminin qazla qızdırılması təmin edilmişdir.
   Ağcabədi şəhərinin və kəndlərinin qazlaşdırılması işləri davam etdirilir hazırda 1 şəhər .1 qəsəbə , 31 kənd və 3 məcburi köçkün qəsəbəsi (90.7%) mavi qazla tamin olunmuşdur. Hazırda 2 kənddə isə  qaz xəttlərinin çəkilişi işləri  aparılır..
Ağcabədi rayonunda içməli suyun təminatının yaxşılaşdırılması ilə bağlı işlərin davamı olaraq Şıxəli Qurbanov küçəsində və Göyük kəndində yeni mərkəzi su xətləri çəkilmiş, kanalizasiya işləri aparılmışdır. Qaravəlli kəndində yeni özündənqaynama artezian quyusu qazılmış və əhalinin istifadəsinə verilmişdir.Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə Azərsu ASC sifarişi ilə 2016 – ci ilin noyabr ayından işlərə başlanmışdır.
       Rayonun ərazisində 844,9 km yol şəbəkəsi vardır ki, onlardan da 99 km – i respublika əhəmiyyətli yollar, 240 km yerli əhəmiyyətli yollar, 80.1 km şəhər daxili küçələr, 425.8 km kənd daxili yollardır.
   Rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarının asfaltlaşdırılması ilə əlaqədar Tərtər-Hindarx avtomobil yolunun 41-ci km sahəsində Hindarx qəsəbəsi ərazisində 7000 m2, Boyat-Hacılar avtomobil yolunun 12000 m2 asfalt örtük salınmış, rayonun 14 min əhalisi olan 5 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 24.5 km olan Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu yenidən qurulmuşdur.    
     Rayonun Hüsülü-Kürdlər-Şərəfxanlı–Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi uzunluğu 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır.

   Hal – hazırda proqnoz tapşırıqları əsasında bu işlər gündəlik davam etdirilir.
Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlarda aşağıdakılardır:
1 .Rayonun bütün qəsəbə və kəndlərinin içməli su, təbii qaz və elektrik   enerjisi ilə təchizatının yaxşılaşdırılması ,kanalizasiya sisteminin  yenidənqurulması üzrə geniş miqyaslı işlərin görülməsi üçün tədbirlər  həyata keçirilir.
2. Rayonda 16 yeni məktəb binasının tikintisi , səhiyyə ocaqlarının inşası, 4 məktəbin əsaslı təmiri və uşaq bağçalarında   yenidən qurulmasına və əsaslı təmir işlərinin aparılmasına ehtiyac vardır.
3. Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltanması.
4. Rayonun mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin  intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin social problemlərinin həlli isdiqamətində təxirə salınmaz tədbirlərin həyata  keçirilməsi.

Keçidlər