Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Azərbaycan Respublikasının  ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun  ərazisi 1756 kv.km –dir.

Ağcabədi rayonu üzrə göstəricilər 2017-ci ilin birinci yarısında aşağıdakı  kimi olmuşdur.

Qaz təchizatı
    Ağcabədi Xidmət Sahəsi 2017-ci ilin birinci yarısında əhali və qeyri-əhali abonentlərinə 26.667.145 m3 qaz satmış, ARDNŞ Azəriqaz İstehsalat Birliyinin hesablaşma hesabına 2707880 manat istifadə edilmiş qazın dəyəri ödənilmişdir ki, buda yığım faizini 81,28 % təşkil edir.
    Hal-hazırda Qaravəlli (650 abonent) kəndində küçə daşıyıcı xətləri çəkilmiş sayğac quraşdıraraq və son tamamlama işləri gedir.Rayonun qaz açılışı olan kəndləri Gələbədin və Qiyaməddinli kəndləri təbii qazla təmin olunmuşdur.

        Enerji
    Ağcabədi Elektrik Şəbəkəsi 2017-ci ilin birinci yarısında 36 ədəd 10/04 kv-luq zədələnmiş transformatorları əsaslı təmir etdirərək əhalinin istifadəsinə vermişdir. Yarım illikdə 70 ədəd  10kv-luq, 151 ədəd 0,4 kv-luq istismara yararsız ağac dayaqlar yeni dayaqlarla əvəz olmuş, 3 ədəd müasir tipli 10/0,4 kv-luq transformator məntəqəsi şəbəkəyə qoşulmuşdur. Aşağı Avşar, Yuxarı Qiyaməddinlli kəndlərində fərdi yaşayış evlərinə 1471 abonent SMART tipli sayğac quraşdırılmışdır.
   

      İçməli su
     Ağcabədi rayon Su kanal İdarəsi 2017-ci ilin 6 ayı ərzində içməli su üzrə cəmi satış 141729 m3 dəyəri 57.795,50 manat, ödəniş 69.586,02 manat olmuşdur ki, bu da göstəricinin 120,4 % deməkdir, əhali üzrə altı aylıq su satışı 122,1 % olmuşdur.
      Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi “Azərsu”ASC-nin sifarişi ilə yenidən qurulur, şəhərin prospekt və küçələrində 123.492 p/m müxtəlif ölçülü borularla iş həcmi 31% olmaqla kanalizasiya xətti, 127.242 p/m su xəttiidən 6251 p/m müxtəlif ölçülü boru xəttləri  çəkilmişdir ki, işin 5 %-ni təşkil edir. Hal-hazırda işlər davam etdirilir.

     Aqrar sahə
    Aqrar  sahədə yeni aqroparkların yaradılması işi rayonumuzda sürətlə yerinə yetirilir. Belə ki, rayon ərazisində dövlət fonduna aid qış otlaq sahəsindən 5800 ha torpaq sahəsinin təyinatı Nazirlər .Kabinetinin qərarı ilə dəyişdirilərək bundan 4800 ha torpaq sahəsi Aqropark yaradılması məqsədilə yerli investor olan  “ƏKİNÇİBO” MMC-nin icarəsinə verilmişdir. Təsərrüfatda Pivod suvarma sistemlərinin qurulması, bitki yağları emalı zavodunun tikilməsi və 1500 ha soya, 1500 ha qarğıdalı, 800 ha ərazidə buğda, 500 ha günəbaxan, 500 ha çuğundur əkilməsi nəzərdə tutulub. 
     Heyvandarlıq təsərrüfatının yem bazasının yaxşılaşdırılması məqsədilə təyinatı dəyişdirilmiş 1000 ha torpaq sahəsi isə  “BMS Aqro” MMC-nin icarəsinə verilməsi nəzərdə tutulub. Bu işlərin davamı olaraq rayonda əlavə 6710 ha torpaq sahəsinin təyinatı dəyişdirilməsi ilə əlaqədar müvafiq Nazirliklərdən rəylər verilmiş və ərazinin yerquruluşu sənədləri hazırlanmışdır. Həmin torpaq sahələri heyvandarlıq təsərrüfatlarının yem bazasının yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə yerli investorların istifadəsinə verilməsi nəzərdə tutulub.
     Bu il rayonda pambıqçılıqla məşğul olmaq istəyənlərin sayının artması nəticəsində 9550 ha sahədə pambıq əkilmiş bu da 2016-cı ilə nisbətən 2,6 dəfə artıq olmuşdur. Hazırda rayon ərazisində “MKT” Ağcabədi filialı tərəfindən 705 istehsalçı ilə 4710 ha sahə üçün,  “CTS Aqro” MMC pambıq emalı zavodları tərəfindən 430 istehsalçı ilə 4161 ha sahə üçün və fərdi MMC-lər tərəfindən isə 132 nəfər istehsalçı ilə 679 ha sahədə pambıq əkilməsi üçün müqavilə bağlanmışdır. Hazırda sahələrdə suvarma işləri aparılır və zərər vericilərə qarşı kimyəvi üsulla mübarizə tədbirləri həyata keçirilir.
     Baramaçılıq sahəsində də bu il rayonumuzda irəliləyişlər olmuşdur. Belə ki, ötən il 41 kənd yaşayış məntəqəsi üzrə 48 nəfərə paylanmış 80 qutu ipək qurdundan 3675 kq barama istehsal olmuş, bu il isə 228 nəfər kümçülər tərəfindən 350 qutu ipək qurdu saxlanılmış və 16761 kq barama  istehsal olunmuşdur ki, bu da ötən ilə nisbətən 4,5 dəfə artıq olmuşdur.
    Növbəti illərdə rayonda ipək qurdu üçün yem bazasının artırılması məqsədilə yeni tinglərin əldə olunması üçün 6609 m2 ərazilərə  tut toxumu səpilmiş və mövcud tut ağacları budanmışdır.
     Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə rayon ərazisində “Aqat Aqro” MMC və  “BMS Aqro” MMC iri heyvandarlıq təsərrüfatı və Təzəkənd ərazisində 25 kiçik ailə fermer təsərrüfatları fəaliyyət göstərir.
     Hazırda“Aqat Aqro” MMC-də  mal-qaranın sayı 2837 başdır.  Təsərrüfatda 6 ayda 5152 ton süd istehsal olmuşdur. “BMS Aqro” MMC-də hazırda cins keçilərin sayı 1610 baş, cins qoyunların sayı isə 1471 başdır. 6 ayda süd istehsalı 240 ton olmuş, bundan 108 ton qablaşdırılmış formada süd və 20 ton pendir istehsal olmuşdur. Təzəkənd kəndində yaradılmış 25 kiçik ailə fermer təsərrüfatında isə hazırda cins malların sayı 276 başdır.  
     Respublikada şəkər çuğundurunun istehsalının artırılması ilə bağlı rayonumuzda da bu sahənin inkişafına diqqət yetirilmişdir. Belə ki, 2016-cı ildə 815 ha sahədə şəkər çuğunduru əkilmiş hər hektardan 59,5 ton olmaqla 48.525 ton məhsul götürülmüşdür. 2017-ci ildə isə bu rəqəm 2010 ha olmuşdur. Hazırda sahələrdə becərmə işləri aparılır.
      Ölkədə idxal olunan məhsullara aid olan soya bitkisinin əkinin də 2017-ci ilin birinci yarısında artırılmışdır. Ötən il 1210 ha əkilmişdisə bu il bu rəqəm 2041,5 ha olmaqla 1,7 dəfə artıq əkilmişdir.
     Rayonumuzda ilin birinci yarısında buğda və arpa istehsalında yüksək nəticələr əldə olunmuşdur. Əkilmiş 15160 ha buğda sahələrindən 39 sentner, arpa sahələrindən isə 28,9 sentner məhsul istehsal olunmuşdur.
    2017-ci ilin birinci yarısında rayon sahibkarları və fermerləri tərəfindən Bakı şəhərinin Xətai rayonu ərazisində şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına 279 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

    Sahibkarlığa Kömək Milli Fondu
    Rayonumuzda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 25 layihə üzrə sahibkarlara 280.806 manat kredit verilmişdir və 32 yeni iş yeri yaradılmışdır.

     Suvarma Sistemləri idarəsi
     2017-ci ilin birinci yarısında 191,9 km suvarma kanalları lildən təmizlənmiş, 124 ədəd hidrotexniki qurğular təmir olmuş 4 ədəd nasosstansiya cari təmir, 2 ədəd əsaslı təmir və 3 ədəd yaşayış binası cari təmir olmuşdur.

    Meliorasiya idarəsi
    Meliorasiya idarəsi tərəfindən 2017-cı ilin birinci yarısında 437,95 min m3 kollektor drenaj şəbəkəsi lildən təmizlənmiş, 20 ədəd hidrotexniki qurğu cari, 1 ədəd qurğu əsaslı təmir olunmuşdur.

Subartezian Quyularının İstismarı idarəsi
     2017-cı ilin birinci yarısında  idarə 44.022,0 min kvt.saata qarşı 42.668,0 min kvt saat elektrik enerji sərf etməklə 135,4 min kvt saat enerjiyə qənaət edilmiş və 128.104,0 min m3 su istehsal edilmişdir. İkinci rüb ərzində 336 ədəd subartezian quyusu əsaslı təmir edilmişdir.

       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə      
     Fondunun Ağcabədi rayon şöbəsi
     2017-ci ilin birinci yarısında  şöbəyə yeni pensiya təyin olunması ilə əlaqədar 810 nəfər müraciət etmişdir ki, həmin ərizələrə vaxtında baxılaraq pensiya təyinatı aparılmışdır. Yeni təyin olunmuş pensiya işlərindən 345 nəfəri yaşa görə, 428 nəfəri əlilliyə görə, 37 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alanlardır.
         2017-ci ilin birinci yarısında ərzində əlavə olaraq şöbə tərəfindən 5444 nəfərə aylıq sosial müavinət, Prezident təqaüdu, kompensasiyaların təyinatı və ödənişi aparılmışdır.
    
     Məşğulluq Mərkəzi
     Rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununa uyğun olaraq bir sıra işlər görmüşdür. 2017-ci ilin birinci yarısında 900 nəfər işaxtaran və işsiz vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət etmişdir. (onlardan 204 nəfəri qadınlardır) Mərkəzin göndərişi ilə 589 nəfər (2016-cı ilin müvafiq dövründən 2 nəfər çox) işaxtaran vətəndaş işlə təmin olunmuşdur. (onlardan 137 nəfəri qadınlardır)
     2017-ci ilin birinci yarısında 337 nəfər işaxtaran vətəndaş yeni açılmış iş yerlərində işlə təmin olunmuşdur.
   
     Azərbaycan Respublikası Prezidentinin 07.04.2016-cı il tarixli 1049 nömrəli sərəncamına müvafiq olaraq 17 nəfər  Məşğulluq Mərkəzində qeydiyyatada olan işaxtaran və işsiz vətəndaş özünəməşğulluq proqramına cəlb olunmuş və onlara  Rayon Heydər Əliyev Mərkəzində beynəlxalq əmək təşkilatının müəllimləri tərəfindən 2 aylıq kurs keçirilmişdir.  Kursu bitirən 15 nəfərinin biznes planı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bəyənilmişdir. 2017-ci ilin fevral və mart aylarında kursu bitirmiş 15 nəfər biznes planında göstərdikləri aktivlərlə təmin olunmuşdur.

Təhsil     
    2016-2017– ci tədris ili üzrə 23 iyun 2017-ci tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinflərdə buraxılış imtahanları keçirilmişdir. Rayonun ümumtəhsil məktəbləri üzrə IX siniflər üzrə imtahana buraxılan 1568 nəfər şagirddən 74 nəfəri imtahanda iştirak etməmiş, 806 nəfər ( 54%) müsbət qiymət almış, 688 nəfər  (46%) “2” qiymət almışdır.
     XI sinflər üzrə imtahana buraxılan 1248 nəfər şagirddən 89 nəfəri imtahanda iştirak etməmiş , 525 nəfər ( 45,3%) müsbət qiymət almış, 634 nəfər isə ( 54,7%) “2” qiymət almışdır.
    Rayonun Rəncbərlər, Sarıcalı, Avşar kənd 2 saylı, Pərioğullar  və Cəfərbəyli kənd tam orta məktəblərinin imtahan nəticələri rayon və respublika  səviyyəsindən yuxarı olmuş, Hüsülü, Şənlik, Xocavənd kənd 1 saylı, İmamqulubəyli, Poladlı, Qaradolaq kənd 1 saylı, Minəxorlu bə Qiyaməddinli kənd tam orta məktəblərinin, Mehrablı kənd 2 saylı, Xocavənd kənd 3 saylı və Ağabəyli kənd ümumi orta məktəblərinin imtahan nəticələri (0-30%) rayon səviyyəsindən xeyli aşağı olmuşdur.
    Bu il rayonun tam orta məktəblərini bitirən 1159 nəfər məzundan 564 nəfəri (48,7%) , əvvəlki il məzunlarından 80 nəfər Respublikanın ali məktəblərinə daxil olmaq üçün sənəd vermişdir. Respublikada ilk dəfə olaraq ali məktəbə qəbul 2 mərhələdə aparılır. Birinci mərhələdə 285 nəfər 200 baldan yuxarı nəticə əldə etmişdir. Rayon təhsilinin tarixində ilk dəfə olaraq M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin məzunu Məmmədzadə Arzu Ramil qızı 700 bal toplayaraq rekord nəticə əldə etmişdir. Bundan başqa 12 nəfər 600-700 intervalında , 33 nəfər 500-600 intervalınada bal toplamışdır.
   
      Mərkəzi Xəstəxana
      Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölkə Prezidentinin göstərişi əsasında 15 fevral 2017- ci il tarixdən 15 may 2017-ci il tarixədək 18 yaşdan yuxarı əhalinin kütləvi tibbi profilaktik müayinəsi keçirilmiş,  133459 nəfər rayon əhalisinin  nəzərdə tutulmuş 97141 nəfərdən 89855 nəfər müayinədən keçmişdir. Müayinə olunanlardan 25 nəfəri ev şəraitində yoxlanılmışdır. Müayinə olunanlardan 89228 nəfəri sağlam hesab edilmiş, 14 nəfərdə cərrahi əməliyyat aparılmış, 524 nəfər ambulator, 103 nəfər stasionar müalicəyə cəlb edilmiş, 4 nəfər müayinə və müalicəsini davam etdirməsi üçün respublikanın müxtəlif ixtisaslaşdırılmış xəstəxanalarına göndərilmişdir.
    İnnovasiya və Təhcizat Mərkəzindən Hemodializ xəstələri üçün 226.365 manat, şəkərli xəstələr üçün 366.740 manat, imtiyazlı qrupdan olan xəstələrə 43.821 manat, stasionar və ilkin tibbi yardım üçün 115.049 manat olmaqla, cəmi 751.975 manat dərman və sarğı materialları  alınaraq istifadə edilmişdir.
    2017-ci ilin 6 ayında 737 diri yeni doğulmuş, 99  keysəriyyə əməliyyatı aparılmış və 1 ana ölümü qeyd edilmişdir. Perinatal ölüm 4, erkən neonatal (0-6 gün) 2 ölüm, körpə ölümü 3 (0-1 yaş) olmuşdur.

     Mədəniyyət 
    Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin kollektivi rayonda keçirilən müxtəlif anım günlərində, əlamətdar günlərdə, bayram günlərində və digər mədəni kütləvi tədbirlərdə yaxından iştirak edərək ədəbi-bədii kompozisiyadan ibarət proqramların təşkil olunmasını təmin etmişlər.
     Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə “Heydər Əliyev və Ağcabədi” adlı fotosərgi təşkil edilmiş,”Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfranslar keçirilmişdir.

   
     Heydər Əliyev Mərkəzi
     Birinci yarımillikdə  Heydər Əliyev Mərkəzinə gələn ziyarətçilərin ümumi sayı 1575 nəfər olmuş,onlardan 173 nəfərini fərdi gəliş təşkil etmişdir. Rayon sakinlərindən əlavə respublikanın digər şəhər və rayonlarından da 46 nəfər Heydər Əliyev Mərkəzini ziyarət etmişdir. Hesabat dövründə Mərkəzə 40 ədəd eksponat daxil olmuşdur. Ümumilikdə, Mərkəzin əsas fondunda olan eksponatların sayı 635 ədəddir.
  
    İdman
    2017-ci ilin birinci yarısında  idmançılarımız beynəlxalq, respublika və zona   yarışlarında  cəmi  108 ədəd  medal  və  diplomlara  layiq  görülmüşlər  ki, bunların da  44 ədədi birinci yer, 29 ədədi ikinci  yer  və 35 ədədi isə üçüncü yer təşkil etmişdir. Bu medalların 4 ədədi beynəlxalq yarışlarda,  13 ədədi Respublika  çempionatı və birinciliklərində, 3 ədədi  Respublika turnirlərində, 88  ədədi isə  zona birinciliklərində əldə edilmişdir.

    YAP
    Hazırda rayon təşkilatı 94 ilk təşkilatda 13566 nəfər YAP üzvünü birləşdirir. Onlardan 6252 nəfərini (46,1%) qadınlar, 5375 (39,6%) nəfərini isə gənclər təşkil edir.
    2017-ci  ilin birinci yarısında  YAP sıralarına 556 nəfər qəbul edilib ki, onların 297 nəfərini qadınlar, 375 nəfərini isə gənclər təşkil edir.
    2017-ci ilin iyun ayının 7-də YAP Ağcabədi rayon təşkilatının 9-cu konfransı keçirilmiş, konfransda İdarə heyətinin, Şuranın və Nəzarət Təftiş Qrupunun yeni tərkibi seçilmişdir.
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq YAP Ağcabədi rayon təşkilatının 94 ərazi ilk təşkilatları tərəfindən 94 ədəd həmişəyaşıl ağac əkilməklə, cəmi 8836 ədəd ağac əkilmişdir. Əvvəlki 3 il ərzində həmin təşəbbüs çərçivəsində əkilən 27048 ağacla birlikdə cəmi 35884 ədəd  həmişəyaşıl ağac əkilmişdir.

     Hərbi çağırış
    2017-ci ilin birinci yarsında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi xidmətə çağırış 154 nəfər nəzərdə tutulmağına baxmayaraq 174 nəfər gənc hərbi xidmətə göndərilmişdir.  

    Silahlı Qüvvələrə Yardım Fondu
    2010-cu ilin aprel ayından başlayaraq rayon sakinləri tərəfindən könüllü olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna  vəsait köçürülməsinə başlanmış, 2017-ci ilin 6 ayı ərzində 184.721,54 manat, 01 aprel 2010-cu il tarixdən 01 iyul 2017-ci ilədək  cəmi 2.033.406,93  manat   vəsait  köçürülmüşdür.

      Cinayət hadisələri
    2017-ci ilin birinci yarsında rayon ərazisində 117 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınmış cinayət hadisələrindən 1-i xüsusilə ağır, 8-i ağır 72-i az ağır, 36-i isə böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olmuşdur. Qeydə alınmış cinayətlərdən 10 cinayət hadisəsi bağlı qalmaqla  açılma faizi 93,3% təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə açılma faizi 1,4% artmışdır.

Yol İstismar idarəsi
    40 saylı Yol İstismar MMC 99 km Respublika əhəmiyyətli və 171 km yerli əhəmiyyətli yollara xidmət edir, ilin ikinci yarısında Respublika əhəmiyyətli yollarda yol örtüyundəki çalalar tamamilə ləğv edilmişdir. Aran-Kəbirli və Qaradolaq-Mehrablı yerli əhəmiyyətli yollarda xarab olmuş asfalt hissələrin təmiri davam etdirilir. Yollarda mövcud olan yol nişanlarına, siqnal dirəklərinə və digər yol avadanlıqlarına mütamadi olaraq xidmət göstərilmiş yollarda 15665 m2 çala təmiri işləri görülmüşdür.
 
     Kommunal Xidməti və Mənzil İstismar idarəsi
    Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi 2017-ci ilin 6 ayı ərzində əhali, təşkilat və kommersiya obyektləri ilə ümumilikdə  1615 ədəd müqavilə bağlanmışdır.
    Şəhərin Heydər Əliyev prospektində 166,168,170,172,174,234 saylı, Üzeyir Hacıbəyli prospektində 21,23,67,77,355, saylı, İsmət Qayıbov küçəsində 1,3,9,15,16,17,23,25 saylı, Səməd Vurğun küçəsində 103 saylı, Namiq Abdullayev küçəsində 2 saylı binalarında əsaslı təmir işləri davam etdirilir.

 

Keçidlər