Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili məktəblilər Quba,Qusar və Xaçmaz rayonlarına yola düşüblər.

14 noyabr 2018 | 11:00

14 noyabr 2018- cı il tarixdə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində ağcabədili məktəblilər Quba,Qusar və Xaçmaz rayonlarına yola düşüblər. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki Heydər Əliyev Meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Yola salma mərasimində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. 3 günlük tur çərçivəsində məktəblilər həmin bölgələrə tarixi ziyarət edib və daha yaxından tanıyacaqlar.  “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini və tarixi abidələrini dərindən öyrətməkdən və onlarda milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.

Keçidlər