14 fevral 2012-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində Milli Qəhrəman Namiq Abdullayev adına kənd tam orta məktəbin binasının həyətində Milli Qəhrəmanın büstünün açılış mərasimi olmuşdur.
14 fevral 2012-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində Milli Qəhrəman Namiq Abdullayev adına kənd tam orta məktəbin binasının həyətində Milli Qəhrəmanın büstünün açılışı mərasimi olmuşdur.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev, rayon Hərbi Komissarı Şaiq Məmmədov, kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar və məktəb müəllim və şagirdlərindən ibarət 225 nəfər iştirak etmişdir. Tədbirdə həmçinin bir neçə televiziya kanalı nümayəndələridə iştirak etmişdir.
Tədbiri Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Əbülfət Tapdıqov açaraq Milli Qəhrəman Namiq Abdullayev qısa və şərəfli həyat yolundan bəhs etmiş və bildirmişdir ki, onun öz əsgər yoldaşlarını xilas etmək üçün canı bahasına düşmən tankının altına atılıb onu partlatması və şəhidlik zirvəsinə ucalması bu gün heç vaxt unudulmur və unudulmayacaqdır.


























