17 dekabr 2011-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının VII konfransı keçirilmişdir. Əvvəlcə rayon İcra Hakimiyyəti binasının qarşısında Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsi bir qrup YAP fəalının iştirakı ilə ziyarət edilmiş və abidənin önünə tər-çiçək dəstələri düzülmüşdür.Daha sonra qonaqlar cənab Prezidentimiz İlham Əliyevin Ağcabədi rayonuna ikinci dəfə səfəri zamanı açılışın etdiyi Rayon Şahmat Məktəbində oldular. Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev , Aqil Abbas, YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Şahmat Məktəbində şahmatçılarla görüşdülər. Qonaqlar müasir tələblərə cavab verən Şahmat Məktəbi ilə tanış oldular və gənc şahmatçıların oyununa baxdılar.























